Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏFŞARLAR

    ƏFŞARLAR – azәrb.-ların etnogenezindә iştirak etmiş türk tayfası. İran (әsasәn, Cәnubi Azәrb.-da), Türkiyә vә Əfqanıstanda (Kabil әtrafında) yaşayırlar. Sayları tәqr. 300 min nәfәrdir (2000 ilin mәlumatına görә). Maldarlıq vә әkinçiliklә mәşğuldurlar. Dindarları müsәlmandır. 9 әsrәdәk Dәşt-i Qıpçaqda yaşayan Ə. sonralar sәlcuqların tәrkibindә Xorasana, Azәrb.-a, Kiçik Asiyaya gәlmişlәr. Azәrb. vә İranın siyasi hәyatında mühüm rol oynamış Ə. qızılbaş tayfa birliyinin tәrkibindә Sәfәvilәr dövlәtinin yaranmasında iştirak etmişlәr. Sәfәvi qorçibaşılarının çoxu әfşar әmirlәrindәn tәyin olunurdu. Sәfәvilәr dövlәtinin süqutundan sonra hakimiyyәtә gәlәn Nadir şah Ə.-dan idi. Nadir şahın köçürmә siyasәti nәticәsindә Ə.-ın xeyli hissәsi Əfqanıstan vә Hindistana köçürüldü. Xuzistan, Kuhgiluyә, Kazerun vә Urmiya qruplarına bölünәn Ə., әsasәn, Sәlmas, Urmiya, Tәbriz, Qәzvin, Sultaniyyә, Zәncan, Qum vә Kaşanda yaşayırdılar. Hazırda çoxlu qollara (Kirklu, Cәlayir, Kosa Əhmәdlu, İnanlu, Ərәşlu, Alplu, İmirlu vә s.) bölünürlәr. Əfqanıstanda yaşayan Ə.-ın dilini tәdqiq edәn macar alimi L.Ligeti onu Azәrb. dilinin dialekti sayır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç