ƏFŞARLI, Ovşarlı – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) aran hissәsindә (Ağrıdağ dәrәsindә) azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә kәnd ermәni hücumları nәticәsindә dağıdılmış, әhalisi qovulmuşdur. 1922 ildә qaçqın düşmüş azәrb.-lar geri qayıdaraq yenidәn kәnddә mәskunlaşmışdır. Hәmin vaxtlar burada Türkiyәdәn gәlmә ermәnilәr dә yerlәşdirilmişdir. 1935 ildә Ə. vә qonşu Çәmbәrәk k.-lәri birlәşdirilmiş vә Spandaryan ad. sovxoz yaradılmışdır. Az sonra kәnd Surenavan adlandırılmışdır. 1988 ildә azәrb. әhali buradan deportasiya olunmuşdur.