Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏFTƏSİLƏR ƏMİRLİYİ

      ƏFTƏSİLƏR ƏMİRLİYİ – Qәrbi Əndәlisdә (indiki Portuqaliya vә İspaniyanın bir hissәsindә) mәrkәzi Bәtәlyaus (isp. Badaxos) olan Əmәvi әmirliyi [1022–95]. Kordova xilafәtinin süqutundan sonra yaranmışdı. Bәtәlyaus valisi olan Əbu Mәhәmmәd Abdullah ibn Mәhәmmәd Saburun ölümündәn sonra İbn ül-Əftәs özünü Abdullah ibn Mәnsur adı ilә hökmdar elan etdi [1022–45]. 1030 ildә Ə.ә. Abbadilәr tәrәfindәn ağır mәğlubiyyәtә uğradıldı, lakin 4 il sonra Ə.ә. onların ordusunu darmadağın edәrәk әrazilәrini tutdu. Az sonra Ə.ә.-ndә taxt uğrunda mübarizә başladı. Mәhәmmәd әl-Müzәffәrin [1045–68] hakimiyyәti zamanı yenidәn Abbadilәrlә müharibә (1047) baş verdi. Ə.ә. bu müharibәdәn qalib çıxdı. Sonrakı illәrdә Abbadilәr önәmli qala vә şәhәrlәri әlә keçirәrәk Mәhәmmәdi Bәtәlyausa qәdәr sıxışdırdılar. Kastiliya kralı Ferdinand (Fernando) Ə.ә.nin bәzi şәhәrlәrini tutaraq Mәhәmmәdi xәrac vermәyә mәcbur etdi. Lakin Kastiliya kralı 1064 ildә barışığı pozaraq Əftәsilәrin daha bir iri şәhәrini әlә keçirdi. 1068 ildә Yәhya әl-Mәnsur hakimiyyәtә gәldi, onun qәfil ölümündәn sonra isә hakimiyyәt qardaşı Ömәr әl-Mütәvәkkilә [1068–95] keçdi. Onun dövründә Kastiliya kralı VI Alfonso Əndәlis torpaqlarına yürüşlәrә başladı, eyni zamanda Abbadilәri dә sıxışdırdı. Ömәr Mürabitlәrdәn yardım istәdi. Xristianlara qarşı cihad elan edәn Mürabitlәr isә onları mәğlubiyyәtә uğradaraq, Ə.ә.-nin torpaqlarını işğala başladılar. Ömәrin kral Alfonsodan yardım istәyindәn qәzәblәnәn Bәtәlyaus sakinlәri Mürabitlәrin ordusunu şәhәrә dәvәt etdilәr. Mürabitlәrin qoşunu Bәtәlyausa girdi, Ömәr vә onun iki oğlu edam olundu. Ə.ә.nә son qoyuldu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç