ƏĞLƏBİLƏR, Bәnu әl-Əğlәb – İfriqiyada (Şimali Afrika) әrәb әmirlәri sülalәsi [800–909]. Sülalәnin banisi әvvәllәr xәlifә Harun әr-Rәşidin Zab canişini (785–800) olan vә әmir titulu almış İbrahim ibn әl-Əğlәb ibn Sәlim (765–812) idi. Nümayәndәlәri: I İbrahim [800–812], I Abdullah [812–817], I Ziyadәtüllah [817– 838], Əbu İqal ibn әl-Əğlәb [838–841], I Mәhәmmәd [841–856], Əhmәd ibn Mәhәmmәd [856–863], II Ziyadәtüllah [863–864], II Mәhәmmәd [864–875], II İbrahim [875–902], II Abdullah [902–903], III Ziyadәtüllah [903–909]. Ə. Fatimilәr tәrәfindәn devrilmişdir.