Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏĞLƏBİLƏR ƏMİRLİYİ

    ƏĞLƏBİLƏR ƏMİRLİYİ – İfriqiyada (Şimali Afrika) Əğlәbilәr sülalәsinin idarә etdiyi әmirlik [800–909]. Sülalәnin banisi әvvәllәr xәlifә Harun әr-Rәşidin Zab canişini (785–800) olmuş, sonra isә әmir titulu almış İbrahim ibn әl-Əğlәb ibn Sәlim (765–812) idi. Əmir I İbrahim [800–812] Abbasi xәlifәlәrinin hakimiyyәtini tanısa da, faktiki müstәqil dövlәt yaratmışdı. Əmirliyin paytaxtı әvvәlcә Karfagen, sonra Qәyrәvan (Kayruan), daha sonra Mәhdiyyә (Tunis) olmuşdur. Abbasilәr 8 әsrdә Şimali Afrikada baş verәn bәrbәr xaricilәrin üsyanlarını yatıran Əğlәbilәri dәstәklәyirdilәr. 827 ildә Əğlәbi әmiri I Ziyadәtüllah [817–838] Siciliyanın bir hissәsini, 840 ildә isә Kalabriyanı zәbt etmiş vә mülklәrinә qatmışdır. 846 ildә Əğlәbilәr hәtta Romaya hücum etmişdilәr. Əğlәbi әmirlәri özlәrinin qüdrәtli dövrlәrindә hәmçinin Maltanı (868), Sardiniya vә Siciliyanı (869) tutmuşdular. Onlar İtaliyanın, Fransanın, Korsika, Sardiniya vә Siciliyanın Aralıq dәnizi sahillәrindә hegemon (norman işğallarınadәk) gücә çevrilmişdilәr.

    Əğlәbilәrin hakimiyyәti dövründә şәhәr vә k.t. quruculuğu sahәsindә böyük işlәr görülmüşdü. Geniş suvarma sisteminin yaradılması k.t. mәhsulları istehsalının yüksәlişinә imkan yaratmışdı. Sәnәtkarlıq istehsalı da artmışdı. Şәhәrlәrdә elm vә incәsәnәt inkişaf etmiş, çox sayda saray vә mәscid tikilmişdi. Əğlәbilәrin tikdirdiyi möhtәşәm Böyük Qәyrәvan mәscidi xüsusilә mәşhurdur. Bu çiçәklәnmә әmir Əhmәdin [856–863] ölümünәdәk davam etmişdi. Ondan sonra hakimiyyәtә iradәsiz әmir II Mәhәmmәdin [864–875] gәlmәsi ilә ölkә zәiflәmişdi. II Mәhәmmәdin oğlu, görkәmli dövlәt xadimi әmir II İbrahim [875–902] isә sui-qәsd nәticәsindә öldürülmüşdü. Sonuncu Əğlәbi әmiri III Ziyadәtüllahın [903–909] dövründә ölkәdә qiyamlar vә tayfalararası ixtilaflar güclәnmişdi. Fatimilәr tәrәfindәn qızışdırılan bәrbәr ket tayfası Əğlәbilәrә qarşı çıxışlar edirdi. Qәrbdәn tez-tez İdrisilәr dövlәtinin hücumlarına da mәruz qalırdı. Belә şәraitdә 909 ildә Ə.ә. süquta uğramış vә Fatimilәr xilafәtinin tәrkibinә qatılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç