Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHALİ, əhali sakinliyi

    ƏHALİ, әhali sakinliyi – müәyyәn әrazidә yaşayan adamların cәmi; onların demoqrafik vә sosial-tarixi sәciyyәsi. Ümumsosioloji kateqoriya kimi Ə. tarixiictimai müәyyәnliklә (sosial-iqtisadi aspekt), tәkrar istehsalla (demoqrafik aspekt), müәyyәn әrazidә yerlәşmә ilә (coğrafimәkan aspekti) xarakterizә olunur. Ə. sosial-iqtisadi mәnada ictimai inkişafın hәr mәrhәlәsindә adamların konkret tarixi mәcmusu kimi çıxış edir (mәs., qәdim dünyanın, orta әsrlәrin, kapitalizmin tәşәkkülü dövrünün, postindustrial cәmiyyәtin Ə.-si). Demoqrafik mәnada Ə. öz sayının fasilәsiz tәkrar istehsalı, strukturunun doğum, ölüm (bir çox region vә ölkәlәr üçün hәm dә miqrasiya) kimi proseslәrlә dәyişmәsi ilә sәciyyәlәnir. Ə.-nin coğrafimәkan sәciyyәsi onun sosial-iqtisadi vә demoqrafik tәkrar istehsalının müәyyәn әrazidә başvermәsi ilә ifadә olunur; Ə. regionun Ə.-si, ölkәnin Ə.-si, bir qrup ölkәnin  Ə.-si,  bütünlükdә  dünyanın  (Yer kürәsinin) Ə.-si kimi çıxış edir.

    Ə.-nin  inkişafı  onun  özünün,  hәyat vasitәlәrinin, sosial münasibәtlәrin tәkrar istehsalından ibarәtdir; müasir dünyada bәşәriyyәtin prioritet sabit inkişaf faktoru qismindә әtraf tәbii mühitin yaxşılaşdırılması da bura daxildir.

    Ə.-nin keyfiyyәti onun bütün sosial vә tәbii münasibәtlәr sistemindә tәkrar istehsalını xarakterizә edәn xüsusiyyәtlәr mәcmusudur. Bu, Ə.-nin tәkrar istehsalından ayrılmazdır vә tarixәn dәyişәn sosial, iqtisadi vә tәbii şәraitә adaptasiyasını, hәmçinin onları öz tәlәbatına uyğunlaşdırmaq qabiliyyәtini әks etdirir. Ə.-nin hәr bir kәmiyyәt vә keyfiyyәt xarakteristikası müxtәlif göstәricilәrlә ifadә oluna bilәr: Ə.-nin sayı, onun dinamikası, komponentlәri (tәbii vә miqrasiya artımı, yaxud azalması) vә sıxlığı; demoqrafik proseslәrin intensivliyi (doğum, ölüm, xәstәlik, nikah, boşanma vә miqrasiya әmsalı); әhalinin strukturu (cinsiyaş tәrkibi, ailә vәziyyәti, tәhsil sәviyyәsi, peşә-kvalifikasiya tәrkibi); hәyat sәviyyәsinin göstәricilәri sistemi.

    Müasir dövrdә Ə. problemlәrinin tәdqiqi sistematik sәciyyә daşıyır. Ə.-nin ayrıayrı sahәlәri haqqında ilkin, dağınıq tәsәvvürlәr antik dövrdә vә orta әsrlәrdә formalaşmışdır (Ə.-nin qeydiyyatı, tәkrar istehsalının müxtәlif tәrәflәrini tәnzimlәyәn qanunverici aktlar vә s.). Ə.-nin vahid mürәkkәb sistem qismindә dәrki onun cәmiyyәtşünaslığın xüsusi obyekti vә ayrı-ayrı elmlәrin tәdqiqat predmeti kimi qәbul edilmәsi nәticәsindә mümkün olmuşdur.

    Azәrb. Resp.-nın Ə.-si haqqında bax “Azәrbaycan” xüsusi cildi, Əhali.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç