ƏHALİ COĞRAFİYASI, әhali vә yaşayış mәntәqәlәri coğrafiyası – sosial-iqtisadi coğrafiya sahәsi; әhalinin tәbii, tarixi vә sosial-iqtisadi şәraitdәn asılı olaraq әrazi üzrә tәşkilini (formalaşmasını, tәrkibini, sayını, sıxlığını vә bir çox başqa mәsәlәlәri), yaşayış mәntәqәlәrinin yerlәşmәsini öyrәnir.
Ə.c.-nın әsas vәzifәlәrindәn biri bu sahәnin tәdqiqini dünyadakı inkişaf sәviyyәsinә uyğunlaşdırmaq, habelә Ə.c. mәsәlәlәrinin öyrәnilmәsindә ideoloji tәhriflәri, mәhdudiyyәtlәri aradan qaldırmaqdır. Ə.c.-nın әsas bölmәlәrindәn: demoqra fiya – konkret ölkә vә regionlarda demoqrafik vәziyyәti, әhalinin tәkrar istehsal rejimini, onun cins-yaş strukturunu vә ailә tәrkibini tәtqiq edir, әhalinin say proqnozunu işlәnib hazırlayır, demoqrafik siyasәtin әsas konturlarını müәyyәnlәşdirir; et noqrafiya (etnik coğrafiya) – tәdqiq olunan әrazilәrdә әhalinin etnik tәrkibini vә etnik proseslәri, xalqların mәnşәyini, mәdәniyyәtini, etnosların mәskunlaşmasını nәzәrdәn keçirir; miqrasiya coğrafiyası – miqrasiyanın növlәrini, onların sәbәb vә nәticәlәrini tәhlil edir, miqrasiya siyasәtinin müxtәlif aspektlәrini işlәyib hazırlayır; әmәk bazarı vә mәşğulluq coğrafiyası – әmәk bazarlarını, әmәk ehtiyatlarını vә iqtisadi fәal әhalini, әhalinin mәşğulluğunu, tәhsilini vә peşә tәrkibini öyrәnir; hәyat tәrzi vә şә raiti coğrafiyası – әhalinin hәyat tәrzini, sәviyyәsini, şәraitini, maraq vә tәlәbatını, insanların mәkan davranışını, onların әtraf mühiti qavramasını, etik norma vә dәyәrlәri araşdırır. Kәnd mәs kunlaşması coğrafiyası – kәnd mәskunlaşmasını vә onun tiplәrini, sistemlәrini vә yaşayış mәntәqәlәri şәbәkәlәrini, әhali sıxlığını vә s. nәzәrdәn keçirir. Şәhәr mәskunlaşmasını xüsusi bölmә – geourbanistika öyrәnir. Ə.c. istiqamәtlәrinin bütün bölmәlәri üçün әhalinin say dinamikası, yerlәşdirilmәsi, konkret әrazilәrdә sıxlığın tәdqiqi ümumi hesab edilir.
Əhali vә yaşayış mәntәqәlәrinin öyrәnilmәsindә digәr elmlәrin (antropologiya, etnoqrafiya, demoqrafiya, iqtisadiyyat, sosiologiya, sosial psixologiya, sosial gigiyena, ekologiya, tibbi coğrafiya, rekreasiya coğrafiyası, hәmçinin şәhәrsalma vә r-n planlaşdırılması) dә üsul vә yanaşmalarından istifadә olunur.
Fiziki-coğrafi şәrait vә onun ayrı-ayrı amillәri әhalinin sağlamlığına, әmәk mәhsuldarlığına, hәyat tәrzinә vә s. xeyli tәsir göstәrdiyi üçün Ə.c. fiziki coğrafiya elmi ilә әlaqәlidir. Ə.c. ilk növbәdә әhali statistikası mәlumatlarına әsaslanır. Planlı tәsәrrüfatda Ə.c.-nın әmәli vәzifәlәrinә әmәk ehtiyatlarının kәmiyyәt vә keyfiyyәtcә qiymәtlәndirilmә, әhalinin yerlәşdirilmә formalarının axtarılması vә s. mәsәlәlәr daxildir. Ə.c. üçün әrazinin planlaşdırılması vә r-nlaşdırılması, şәhәr vә kәndlәrdә layihә-axtarış işlәri, yeni r-nların mәnimsәnilmәsi, әhalinin yerlәşdirilmәsi, mәskunlaşması, köçürülmәsi vә s. tәdbirlәrin hәyata keçirilmәsi sәciyyәvidir. Ə.c.da müxtәlif istiqamәtlәrdә (ümumi vә xüsusi problemlәr, şәhәrlәrin coğrafiyası, kәnd әhalisinin mәskunlaşması, iri regionlar üzrә әhalinin coğrafiyası vә s.) tәdqiqatlar aparılır. Ə.c. insanın tәbiәtә münasibәti problemlәrinin hәlli ilә xüsusi mәşğul olur.
Ə.c. müstәqil elmi fәnn kimi 20 әsrin 1ci yarısında formalaşmışdır. Onun inkişafı antropocoğrafiya mәktәbinin banisi, alman alimi F.Ratselin, Fransada insan coğrafiyası mәktәbinin nümayәndәlәri P.Vidal de la Blaşın, J.Brünün, A.Demanjonun adı ilә bağlıdır.
Azәrb.-da Ə.c. AMEA Coğrafiya İntunun müvafiq şöbәsindә vә bir sıra un-tlәrin coğrafiya fakültәlәrindә öyrәnilir.
Əd.: Ковалев С.А. Научные проблемы географии населения. М., 1967; Ягельский А. География населения. М., 1980; Əfәndiyev V.Ə., Nağıyev S.Q. Əhali coğrafiyası. B., 2006.