ELAT– tayfa, tayfa ittifaqı vә ya etnik birlik. “E.” termini, әsasәn, Yaxın vә Orta Şәrqin türkdilli әhalisi arasında yayılmışdır. Elxanilәr dövründәn hәm dә farsdilli әhali arasında yayılmışdı. E.-ların köçәri tәsәrrüfatları Yaxın vә Orta Şәrq dövlәtlәrinin iqtisadiyyatında böyük rol oynamışdır. 19 әsrin ikinci yarısından E.-ların iqtisadi vә siyasi әhәmiyyәti kәskin şәkildә azaldı. Keçmişdә Azәrb.-da köçәri vә yarımköçәri maldarlara da E. deyirdilәr. Başçı elxan (i l x a n ) adlanırdı. 1854 ildә әhalinin Şamaxı qәzasında 28,6, Lәnkәran qәzasında 11,9, Nuxa qәzasında isә 5,7%- ini E.-lar tәşkil edirdi. E.-lar yun mәmulatı (xalça, kilim, xurcun, cecim, palaz, keçә vә s.), maldarlıq mәhsulları (yağ, süd, pendir, gön, dәri) hazırlamaqla, hәmçinin әkinçiliklә (әsasәn, taxılçılıq) mәşğul olurdular.