ƏHALİ GƏLİRLƏRİNİN İNDEKSLƏŞDİRİLMƏSİ – rәsmi qiymәt indekslәri әsasında әmtәә vә xidmәtlәrin istehlak qiymәtlәrinin artırılması iıә әlaqәdar olaraq gәlirlәrin mövcud sәviyyәsinin yenidәn hesablanması vә dәyişilmәsini tәlәb edәn iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi metodu.
Ə.g.i. sistemindә nәzәrdә tutulmuş şәrtlәr bunlardır: 1) indekslәşdirmә hәddi, yәni daha sonra ona ehtiyac yaradacaq qiymәt indeksinin kәmiyyәti; 2) indeksin vә ya kompensasiyanın kәmiyyәti, yәni gәlirlәrin artım faizi, ya da onlara mütlәq әlavәlәr; 3) qiymәt indeksinin obyekti, yәni gәlirlәrin, yığımların bu vә ya digәr növlәri; 4)indekslәşdirmә dövrü (ay, kvartal, il); 5)indekslәşmәnin aparılma üsulu (proporsional, reqressiv vә ).