Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELAZIĞ

    ELAZIĞ – Türkiyәnin ş.-indә şәhәr. Elazığ ilinin inz. m. Әh. 347,9 min (2012). D.y. st., avtomobil yolları qovşağı. 1940 ildә şәhәrdәn 12 km kәnarda aeroport salınmışdır. E. Ankaradan 760 km, İstanbuldan isә 1213 km mәsafәdәdir. K.t. r-nunun ticarәt mәrkәzidir. Yeyinti (o cümlәdәn şәkәr) vә toxuculuq sәnayesi; sement z-du var.

    E.ә. 3 әsrdә Harput k. kimi salınmışdır. Malazgird döyüşündәn (1071) sonra Böyük Sәlcuq imperiyasının tәrkibinә qatılmışdır. 1085 ildә sәlcuqilәrdәn asılı olan Çubukoğulları bәyliyinin, 1110 ildә Artukoğulları bәyliyinin tabeliyinә keçmişdir. 1230 ildә monqollar tәrәfindәn işğal
    olunmuşdur. 1234 ildәn Anadolu Sәlcuqi dövlәtinә qatılmışdır. 15 әsrdә Ağqoyunluların hakimiyyәti altında olmuşdur. 1507 ildә Sәfәvilәr dövlәtinin tәrkibinә qatılmış, Çaldıran vuruşmasından (1514) sonra isә osmanlıların hakimiyyәti altına keçmişdir (1516, 26 mart). 1834 ildә indiki yerinә köçürülmüşdür. 1862 ildә Sultan Әbdülәziznin hakimiyyәtinin 5-ci ildönümündә Mәmurәt әl-Әziz adlandırılmışdır. Lakin tәlәffüzü çәtin olduğundan xalq arasında Elaziz kimi tanınmışdır. Birinci dünya müharibәsi zamanı ermәnilәr burada müsәlmanlara qarşı soyqırımları tәşkil etdiklәrinә görә cәbhәdәn uzaq vilayәtlәrә köçürülmüşlәr. 1937 ilin noyabrında nazirlәr şurasının qәrarı ilә şәhәrә Elazık adı verilmişdir. 1937 il dekabrın 10-da isә digәr bir qәrarla Elazığ adlandırılmışdır. E. Gәncә (Azәrb. Resp.) ilә qardaşlaşmış şәhәrlәrdәndir.

     Елазыь шящяриндян эюрцнцш

    Artuklular dövrünә aid Cümә mәscidi, (1156), Alacalı mәscidi (1203–04), Ağqoyunlular dövrünә aid Sara xatun mәscidi (15 әsr) şәhәrin qәdim mәrkәzi Harputda yerlәşir.

    Fırat Un-ti (1967; 1975 ildәn indiki adı ilә; nәzdindә 12 fakültә, 4 in-t, 1 konservatoriya, 3 ali mәktәb), Dövlәt teatrı (2008), Dövlәt klassik türk musiqisi xoru (1990), E. arxeologiya vә etnoqrafiya muzeyi (1982), Atatürk stadionu (15 min yerlik) vә s. fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV