Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHALİNİN HƏYAT KEYFİYYƏTİ

    ƏHALİNİN HƏYAT KEYFİYYƏTİ –әhalinin iqtisadi, siyasi-sosial, etnik-milli, konfessional (dini), tәbii-coğrafi amillәrin qarşılıqlı tәsirilә müәyyәn olunan xüsusiyyәtlәri vә tәkrar istehsalının mәcmu xarakteristikası. Ə.h.k. әhalinin tәkrar istehsalının hәm  kәmiyyәtcә, yәni xüsusi demoqrafik göstәricilәrlә (tәkrar istehsal әmsalı, ölüm sayının xüsusi göstәricilәri, körpәlәr vә analar, әmәkqabiliyyәtli yaşdakı әhalinin ölüm sayı), hәm dә sosial (tәhsil, sәhiyyә, әrazi vә әmәk mobilliyi vә s.) sәviyyәsini әks etdirәn keyfiyyәt xarakteristikası ilә müәyyәnlәşdirilir. Belә dәyәrlәndirmә sadә göstәricilәr dәsti, yaxud xüsusi aqreqasiya olunmuş göstәricilәr vasitәsilә  aparıla bilәr. Lakin bu fenomenin keyfiyyәt göstәricilәrini bütünlükdә formalaşdırmaq qeyri-mümkündür. Ə.h.k. insan amilinin iqtisadiyyata tәsirinin müxtәlif formalarını üzә çıxaran mühüm makro iqtisadi meyardır. O, insan, insan qrupu vә ya hәr hansı birliyin fiziki, mental, sosial-mәdәni inkişafını müәyyәnlәşdirәn әlamәtlәri xarakterizә edir.
    Ə.h.k. ilә әhalinin tәkrar istehsalının sәmәrәliliyi anlayışları arasında (demoqrafiyada bu, doğum sayının azalması müşahidә edilәrkәn, ölüm sayının daha da azaldılması yolu ilә tәbii artımın  eyni sәviyyәdә saxlanması demәkdir) qarşılıqlı әlaqә vardır. Əhalinin tәkrar istehsalı homeostazis (özünü tәkrar istehsal edәn) sistem kimi onun mühüm keyfiyyәt әlamәtlәrindәn biridir.
    Ə.h.k.-nin әsasını sağlamlıq tәşkil edir. Çünki saglamlığın yaxşılaşması, yaxud pislәşmәsi insan kapitalının digәr parametrlәrinin sәmәrәliliyi vә intensivliyini ya artırır, ya da azaldır.
    Ölkә әhalisinin, sosial-professional vә ya demoqrafik qruplarının sağlamlığı sosial mühitdәn,  hәmçinin әhaliyә mәxsus bir sıra digәr xüsusiyyәtlәrdәn asılıdır. Daha az inkişaf etmiş ölkәlәrin әhalisi üzәrindә aparılan tәdqiqatlar göstәrir ki, ailәnin gәlir sәviyyәsindәn asılı olmayaraq tәhsilli anaların uşaqları daha sağlam böyüyür.
    Ə.h.k.-nin yüksәlmәsi ölkәnin sosial-iqtisadi tәrәqqisinin göstәricisidir; o, yalnız iqtisadi artım vә hәyat sәviyyәsinin yaxşılaşdırılması ilә deyil, hәmçinin ailә vә cәmiyyәt vәsaitlәrinin insan kapitalına çevrilmәsi sayәsindә dәyişir. İnsan kapitalı nәzәriyyәsinә әsasәn aparılan  tәdqiqatlar göstәrir ki, 20 әsrin son 10 illiyindә ABŞ ÜDM-in tәqr. 10%-ni әhalisinin tәhsilinә yönәltmişdir.
    Ə.h.k. başlıca xarakteristikaları sırasında aqreqasiya olunan, yәni ölkәnin sosial-iqtisadi inkişaf sәviyyәsini vә әhalinin bir sıra (doğulduqdan sonra gözlәnilәn yaşama müddәti, әhalinin tәhsil sәviyyәsi, adambaşına düşәn ÜDM-in hәcmi vә s.) xarakteristikalarını cәmlәşdirәn insan potensialının inkişaf indeksi xüsusi yer tutur.
    Ə.h.k. iqtisadi, sosial, ekoloji, elmi-texniki sistemlәrin inkişaf sәviyyәsi ilә birbaşa әlaqәdә olan hәyat sәviyyәsilә yanaşı, әhalinin yaş tәrkibi, cinsә görә bölün- mәsi, demoqrafik proseslәrin adaptasiya imkanları vә s. kimi ictimai tәkrar istehsalla birbaşa әlaqәsi olmayan demoqrafik xarakteristikalar vasitәsilә müәyyәnlәşdirilir.
    Ə.h.k.-nin müxtәlif aspektlәri vә onunla әlaqәdar yaranan problemlәr Qәdim Yunanıstan vә Çin dә daxil olmaqla, insan cәmiyyәtini daim düşündürmüşdür; 18–19 әsrlәrdә iqtisadçılar, filosof vә sosioloqlar öz işlәrindә Ə.h.k. anlayışından geniş istifadә edirdilәr; 20 әsrdә o, demoqrafik optimum, insan kapitalı vә Yevgeni nәzәriyyәlәrinin yaranmasında artım hәddinin qlobal modellәşdirilmәsi üzrә Roma klubunun yaranmasında mühüm rol oynamışdır. 21 әsrdә hәr hansı dövlәtin iqtisadiyyatında innovasiya-informasiya imkanlarını müәyyәnlәşdirәn Ə.h.k. özü dә informasiya cәmiyyәti vasitәsilә sürәtlә yüksәlir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç