ƏHALİNİN TƏKRAR İSTEHSALI –dar mәnada – әhalinin tәbii artıb-azalması (doğum vә ölüm) nәticәsindә nәsillәrin dәyişmәsi, geniş mәnada – әhalinin tәbii artıb-azalması, miqrasiya, insanların bir sosial qrupdan digәrinә keçmәsi vә s.-yә әsaslanan әhalinin daimi yenilәnmәsi prosesi; cәmiyyәtin tәkrar istehsalının әsas proseslәrindәn biri.
Ə.t.i. bir çox tәsadüfi, nadir hadisәlәri –doğum vә ölümü özündә birlәşdirәn ehtimal prosesidir. Uzun müddәt populyasiyanın mövcud olması onun әtraf mühit ilә qarşılıqlı әlaqәsinin әsas şәrtlәrinin qorunub saxlanılmasını tәlәb edir, bu, yalnız demoqrafik hadisәlәrin gedişatının xaotik olmadığı vә demoqrafik sistemin vә onda gedәn idarәetmә proseslәrinin özünütәşkiletmәsi nәticәsindә nizamlandığı halda mümkündür. Bәşәr cәmiyyәtinin yaranması ilә populyasiyanın tәkrar istehsalının idarәetmә sistemi keyfiyyәt sıçrayışı kәsb edir, törәyib artmanın idarә olunmasının biol. mexanizmlәri sosial mexanizmlәr ilә әvәzlәnir (fәrdi sәviyyәdә doğum vә ölüm biol. fenomen olaraq qalır, populyasiya sәviyyәsindә doğum vә ölüm sosial aspektlәrә daxildir), dayanıqlı ictimai münasibәtlәr yaranır vә Ə.t.i. sosial determinist prosesә çevrilir.
Ə.t.i. erqodik prosesdir. Əvvәlki yaş strukturlarının növbәti yaş strukturlarına tәsiri tәdricәn zәiflәyir, bәzi ilkin hallardan kәnarlaşan müasir yaş strukturu getdikcә özündәn әvvәlki strukturdan daha az vә doğum sayının ekzogen funksiyalarından daha çox asılı vәziyyәtә düşür. Bu xüsusiyyәt böyük praktiki әhәmiyyәtә malikdir, belә ki, demoqrafik hadisәlәrin amortizasiyasına, yәni әhalinin hәyatında baş verәn vә onun yaş piramidasına güclü tәsir göstәrәn faciәli hadisәlәrin nәticәlәrinin avtomatik aradan qaldırılmasına sәbәb olur.
Sosial determinasiya prosesi olan Ə.t.i. öz inkişafında cәmiyyәtin sosial-iqtisadi inkişafı ilә bir sıra әlaqәli mәrhәlәlәrdәn keçir. Ə.t.i.-nın hәr bir böyük tarixi mәrhәlәsinin özünәmәxsus demoqrafik münasibәtlәri, bu münasibәtlәr ilә adekvatlıq tәşkil edәn demoqrafik anlayış vә davranış normalarını özündә birlәşdirәn demoqrafik proseslәrin determinasiyasının sosial mexanizmlәri var. Ə.t.i.-nın uzunmüddәtli dayanıqlılığını saxlayan bu keyfiyyәt xüsusiyyәtlәrinin birlәşmәsi onun tarixi tiplәri anlayışının yaranması vә bәşәr cәmiyyәtinin demoqrafik tarixinә bu tiplәrin növbәlәşmәsi kimi baxılması ilә nәticәlәnmişdir. Demoqrafik inkişaf uzunmüddәtli tәkamül vә qismәn qısa keyfiyyәt irәlilәyişi dövrlәrindәn (demoqrafik keçid, yaxud demoqrafik inqilab dövrlәri) ibarәtdir. Hazırda, bәşәr cәmiyyәti 18 әsrin sonunda Qәrbi Avropada başlayan vә tәdricәn bütün dünyada yayılan әnәnәvi Ə.t.i.-ından müasir tipә keçid prosesindәdir. Yeni tipin sәmәrәliliyinin digәr xarakteristikası bu rejimin dayanıqlılığı, onun zaman üzrә dәyişilmәsinin tezliyi vә miqyasıdır.
21 әsrin başlanğıcında qlobal vәziyyәt dәyişildi. Bir çox inkişaf etmiş, o cümlәdәn inkişaf etmәkdә olan ölkәlәrdә doğum sayının azalması nәticәsindә tәkrar istehsalın netto әmsalı 1,5-i keçmiş ölkәlәrin (Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Meksika, Vyetnam, Misir, Türkiyә, İran vә s.) sayı azalmışdır.
İnkişaf etmiş ölkәlәrdә vә ümumilikdә planetdә әhali artımının azalması demoqrafik partlayış ilә şәrtlәnәn iqtisadi, sosial vә ekoloji problemlәrin yüngüllәşmәsinә gәtirәcәk. Lakin dünya ölkәlәri vә regionlarının demoqrafik inkişafının qeyri-bәrabәrliyi vә sinxronluğunun pozulması inkişaf etmәkdә olan dünyanın әhalisinin sürәtli artması şәraitindә eyni proseslәrin nәticәsindә inkişaf etmiş, әsasәn, Ə.t.i.-nın müasir tipinә keçәn ölkәlәrdә depopulyasiya (әhalinin degenerasiyası) prosesi başlayır. Bu zaman, nәsillәrin sadә әvәzlәnmәsini tәmin etmәyәn tәkrar istehsal rejimlәri üstünlük qazanır, bu da öz növbәsindә gәlәcәkdә әhalinin mәnfi tәbii artım göstәricilәrinin yaranmasına gәtirәcәk.