ƏHDİ BAĞDADİ (?–?) – 16 әsr Azәrb. filoloqu, şair. Lirik şeirlәr müәllifi kimi tanınmışdır. M. Füzulinin müasiri olmuş, onun oğlu, şair Fәzli ilә dostluq etmişdir. Ə.B.-nin Azәrb. dilindә yazdığı “Gülşәnişüәra” (“Şairlәr gülşәni”; 1563) tәzkirәsindә 16 әsrdә Bağdadda yaşayıb-yaradan bir çox Azәrb. şairinin hәyatı vә әsәrlәri haqqında qiymәtli mәlumat verilmişdir. Əsәrin әlyazması Sankt-Peterburq Un-tinin kitabxanasında saxlanılır.
Əd.: Araslı H. Böyük Azәrbaycan şairi Füzuli. B., 1958; Quluzadә M. Füzulinin lirikası. B., 1965.