ELÇİ – evlәnmәk mәqsәdi ilә oğlan evinin qız evinә göndәrdiyi nümayәndә. Adәtәn oğlanın valideynlәrindәn, yaxın qohumlarından (әmi, dayı,
böyük qardaş, әmiarvadı, yaxud dayıarvadı) vә bir nәfәr ağsaqqaldan ibarәt olur. Qız evindә E.-lәrә şirin çay verilmәsi ailә tәrәfindәn evliliyә razılıq әlamәti hesab edilir.