ELDAR ŞAMI DÖVLӘT TӘBİӘT QORUĞU – 1958 ildә Azәrb. Resp. Xanlar r-nu әrazisindә yaradılmış (sah. 392 ha), 1967 ildә lәğv edilmiş, 2004 ildә Samux r-nu әrazisindә (Ceyrançöldә) yenidәn bәrpa olunmuşdur. Sah. 1686 ha-dır. Qoruq әrazisi mütlәq hünd. 600 m-ә çatan vә şm.-q.-dәn c.-ş.-ә uzanan alçaq dağlıq sahәdәn, yarğan vә sıldırımlı yamaclardan ibarәtdir. Әsasәn, qәhvәyi arid meşә torpaqları yayılmışdır. Sәciyyәvi vә nadir tәbiәt komplekslәri vә obyektlәri (ardıc, saqqızağacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşanalması vә s.), dünyada yeganә vәtәni Ellәroyuğu olan Eldar şamı meşәliyi qorunur. Heyvanları: canavar, tülkü, dovşan, kirpi, tarla siçanı, qırmızıquyruq qumsiçanı vә s. Eldar şamı Azәrb. Resp.-nın “Qırmızı kitab”ına daxil edilmişdir.