Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELDAROV

    ELDAROV Ömәr Hәsәn oğlu (d. 21.12.1927, Dәrbәnd) – Azәrb. heykәltәraşı. Azәrb. Resp. xalq rәssamı (1982). AMEA- nın hәqiqi üzvü (2001). Rusiya Rәssamlıq Akademiyasının hәqiqi üzvü (1992). Azәrb. Dövlәt Rәssamlıq Akademiyasının rektorudur (2000 ildәn). Ә.Әzimzadә ad. Azәrbaycan Dövlәt Rәssamlıq Mәktәbini (1945), İ.Y. Repin ad. Leninqrad Boyakarlıq, Heykәltәraşlıq vә Memarlıq İn-tunu bitirmişdir (1951). “Gәnc qvardiyaçılar” (gips, 1951), M.F. Axundzadәnin büst-abidәsi (qranit, 1953), “Natәvan” (mәrmәr, 1955), “Xoşbәxtlik” (tunc, 1956) E.-un ilk әsәrlәridir. Heykәltәraşlığın müxtәlif janrlarında (monumental abidә, portret, büst, qorelyef vә s.) әsәrlәr yaradır. Obrazın dәrin psixoloji xarakteristikası, yeni plastik forma axtarışları E. әsәrlәrinin başlıca xüsusiyyәtidir. Ü.Hacıbәylinin qәbirüstü abidәsi (tunc, qranit, 1956), “Neftçilәr” kompozisiyası (ağac, 1963, Tretyakov qalereyası, Moskva), S.Bәhlulzadәnin portreti (ağac 1966, Azәrb. Milli İncәsәnәt Muzeyi; ikinci variantı 1968, Tretyakov qalereyası) dәrin ifadәliliyi vә dinamikliyi ilә fәrqlәnir. Monumental heykәltәraşlıq E.-un yaradıcılığında mühüm yer tutur. Bakıda X. Natәvanın (tunc, qranit, 1960), M.Füzulinin (T.Mәmmәdovla birgә, tunc, qranit, 1962), Zәrdabda H. Zәrdabinin (tunc, qranit, 1973), Düşәnbәdә S. Ayninin (tunc, qranit, 1978, SSRİ Dövlәt mükafatı, 1980), Bakıda H. Cavidin (tunc, qranit, mәrmәr, 1993), Ankarada İ. Doğramacının (tunc, qranit, 2002) abidәlәrindә, elәcә dә H.Cavidin mәqbәrәsindәki (Naxçıvan, 1996, memar R.Әliyev) heykәl fiqurunda (mәrmәr), Türkiyәnin Qars ş.-ndә ümummilli lider H. Әliyevin büst-abidәsindә (tunc, qranit, 2002) heykәltәraşlıqla memarlığın uğurlu sintezinә nail olmuşdur. E.-un “Ömrün dörd çağı” (ağac, 1974, Azәrb. Milli İncәsәnәt Muzeyi), “Dirijor Niyazi” (ağac, 1984), “Elegiya”, akademik Z.Әliyeva (mәrmәr, 1997, Azәrb. Milli İncәsәnәt Muzeyi) vә s. portret vә kompozisiyaları üçün obrazların dolğunluğu vә milli kolorit sәciyyәvidir. Azәrb. Resp. Milli Mәclisinin 1-ci çağırış deputatı olmuşdur. Azәrb. Resp. “İstiqlal” (1997) vә “Şöhrәt” (2002) ordenlәri ilә tәltif edilmişdir.

        Елдаров Ю. “Елеэийа”.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV