Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELDƏNİZLƏR DÖVLƏTİ

    ELDӘNİZLӘR DÖVLӘTİ, E l d ә g ә z l ә r d ö v l ә t i, İ l d ә n i z l ә r d ö v l ә t i (1136–1225) – Azәrb. dövlәti. Azәrb. (Kürdәn c.-a), Şimal-Qәrbi İran vil.-lәri (İsfahan, Rey) vә s. yerlәri әhatә edirdi. Paytaxtı müxtәlif vaxtlarda Naxçıvan, Hәmәdan, Tәbriz olmuşdur. Mühüm şәhәrlәri: Tәbriz, Gәncә, Hәmәdan, Naxçıvan, Bey- lәqan, Urmiya, Әrdәbil, Zәncan, Xoy, Şәmkur vә s. Әsas tәsәrrüfat sahәlәri: әkinçilik, maldarlıq, ipәkçilik, toxuculuq, sәnәtkarlıq vә s. E.d.-nin әrazisindәn Yaxın vә Orta Şәrqin ticarәt mәrkәzlәrini birlәşdirәn mühüm karvan yolları keçirdi. E.d.-nin siyasi hәyatında iqta sahiblәri olan hәrbçilәr vә ali müsәlman ruhanilәri әsas rol oynayırdılar. E.d. tәşәkkül (1136–60), yüksәliş vә çiçәklәnmә (1161–91), tәnәzzül (1192–1225) mәrhәlәsi keçirmişdir. E.d.-nin yaranması Azәrb. atabәyi Şәmsәddin Eldәnizin adı ilә bağlıdır. Eldәnizin iqamәtgahı Naxçıvan ş. idi. 1136 ildә Eldәniz Sәlcuq sultanı Toğrulun oğlu Arslanşahın atabәyi vә Azәrb.-ın c. vil.-lәrinin hakimi tәyin olundu. İraq Sәlcuq sultanlığının ictimai, siyasi hәyatında mühüm rol oynayan Eldәniz, formal surәtdә Sәlcuqilәrә tabe olsa da, 12 әsrin 30-cu illәrindәn müstәqil hökmdar kimi dövlәti idarә edir vә öz adına sikkә kәsdirirdi. 1152 ildә Arran, bir qәdәr sonra isә Marağa hakimi Xassbәyin idarә etdiyi Әrdәbil Eldәnizin hakimiyyәtinә keçdi. 12 әsrin 50-ci illәrinin sonlarında Azәrb. feodallarının mәnafeyini müdafiә edәn Eldәnizlә Sәlcuq sultanı Ruknәddin Mәhәmmәd [1153–60] arasında toqquşma oldu.

     Атабяй Гызыл Арсланын [1186–91] мис дирщями

    Beylәqan yaxınlığındakı vuruşma (1158) Eldәnizin mәğlubiyyәti ilә nәticәlәndi. Lakin tezliklә Sәlcuqilәr dövlәtinin bütün işlәrini yenidәn әlә keçirәn Eldәniz 1160 ildә “Atabәy Әzәm” (“Böyük atabәy”) titulu aldı. 1161 ildә Eldәniz yaranmış әlverişli şәraitdәn istifadә edәrәk yaxın әmirlәrin kömәyi ilә oğulluğu Arslanşahın [1161–76] Sәlcuq sultanı elan edilmәsinә nail oldu. Arslanşah formal olaraq sultan titulu daşıyırdı. Dövlәtin bütün işlәrini müstәqil idarә edәn Eldәniz öz oğullarını yüksәk vәzifәlәrә – böyük oğlu Mәhәmmәd Cahan Pәhlәvanı hacib, kiçik oğlu Qızıl Arslanı isә sipәhsalar (ordu komandanı) tәyin etdi. Eldәniz Azәrb.-ın şm. vә c. torpaqlarını yenidәn birlәşdirә bildi. İsfahandan Şirvan vә Gürcüstanadәk uzanan әrazi onun hakimiyyәtinә keçdi. Bununla da E.d.-nin tәşәkkülü prosesi başa çatdı vә o, Yaxın Şәrqin qüdrәtli dövlәtinә çevrildi. Eldәnizlәr qonşu әrazilәr hesabına öz torpaqlarını hәr vasitә ilә genişlәndirmәyә çalışır, Şirvana, Ermәnistana vә s. yerlәrә yürüş edirdilәr. Dәbil (Dvin) vә s. şәhәrlәrlә birlikdә Ermәnistanın şәrq hissәsi E.d.-ndәn asılı vәziyyәtә düşmüşdü. Bu dövrdә Gürcüstanla Eldәnizlәr arasında dәfәlәrlә toqquşmalar baş vermişdi. 1161 ilin iyulunda gürcülәr tәqr. 30 minlik qoşunla Eldәnizin hakimiyyәtindә olan Dәbil ş.-ni tutdular. Eldәniz özünün vassalları Marağa, Xilat hakimlәri vә b. feodal әmirlәri ilә birlikdә 1163 ilin әvvәllәrindә 50 minlik qoşunla Gürcüstana yürüş etdi, Dәbil ş.-ni geri aldı. Lakin bu mәğlubiyyәtә baxmayaraq, 1164 ildә gürcülәr yenidәn Ani ş.-nә hәmlә edәrәk onu taladılar. Eldәniz gürcülәri şәhәrdәn qovaraq Anini Şәddadilәrin ixtiyarına verdi. 1166 ildә gürcü qoşunları yenidәn hücum edәrәk Gәncәyә qәdәr irәlilәdilәr. Lakin ciddi müqavimәtә rast gәlәrәk, geri çәkilmәyә mәcbur oldular. 1163 ildә Nişapur, Qumis, Mazandaran, 1167 ildә Mosul, 1168 ildә Kirman, Xuzistan, 1170 ildә Şirvanşah III Mәnuçehr Eldәnizlәrdәn asılı vәziyyәtә düşdü. Eldәnizin vәfatından sonra hakimiyyәtә böyük oğlu Mәhәmmәd Cahan Pәhlәvan [1174–86] keçdi. Cahan Pәhlәvanın hakimiyyәti dövründә E.d. iqtisadi vә siyasi cәhәtdәn daha da qüvvәtlәndi. Cahan Pәhlәvan sonuncu Sәlcuq sultanı III Toğrulun [1176–94] atabәyi idi. III Toğrul Cahan Pәhlәvanın qәyyumluğu altında Naxçıvanda yaşayırdı. Cahan Pәhlәvan Azәrb.-ın idarәsini qardaşı Qızıl Arslana tapşırdı vә onu oğlu Әbu Bәkrin atabәyi tәyin etdi. 1174 ildә dövlәtin paytaxtı Hәmәdana köçürüldü. Tәbriz isә Qızıl Arslanın iqamәtgahına çevrildi. Cahan Pәhlәvan, sonralar isә Qızıl Arslan E.d.-nin siyasi dayağını möhkәmlәtmәk mәqsәdilә ilә Sәlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tәrәfdarları arasında bölüşdürdülәr. Cahan Pәhlәvan yeni iqta torpaqları almış bu әmirlәrin kömәyi ilә 50 minlik mükәmmәl süvari ordu tәşkil etdi. E.d.-nin c. vә ş. sәrhәdlәri genişlәndirildi. Cahan Pәhlәvan bir neçә dәfә Gürcüstana yürüş etdi.

     Атабяйляр дюврцня аид дябилгя. Азярбайъан Инъясянят музейи.

    Bir sıra qonşu ölkә hökmdarları E.d.-nin nominal hakimiyyәtini qәbul etdi vә Cahan Pәhlәvanın adına xütbә oxutdurdular. Әhәr mәliklәri öz sikkәlәrindә Eldәnizlәrin dә adını zәrb etdirdilәr. Şirvanşahlar, Xilat, Diyarbәkir, Fars hakimlәri Eldәnizlәrin vassalları oldu. Ağsunqurilәrin әlindә olan Tәbriz E.d.-nә birlәşdirildi. Cahan Pәhlәvan ayrı-ayrı vilayәtlәrin idarәsini oğulları arasında bölüşdürdü: Rey, İsfahan vә İraqın bir sıra vilayәtini Qutluq İnanc vә Әmiran Ömәrә, Azәrb.-ı Әbu Bәkrә, Hәmәdanın idarәsini isә Özbәkә tapşırdı. Cahan Pәhlәvanın hakimiyyәti dövründә E.d.-ndә ticarәt, sәnәtkarlıq, elm vә mәdәniyyәt daha da inkişaf etdi. Onun ölümündәn sonra hakimiyyәtә qardaşı Qızıl Arslan [1186–91] keçdi. Qızıl Arslan mәrkәzi hakimiyyәtә tabe olmaq istәmәyәn feodallara qarşı mübarizә aparırdı. Formal olaraq sultan titulu daşıyan Toğrulu ciddi nәzarәtdә saxlayan Qızıl Arslan dövlәti müstәqil idarә edirdi. Qızıl Arslanın qәyyumluğundan qurtarmağa çalışan Toğrul, narazı Sәlcuq әmirlәri, Cahan Pәhlәvanın arvadı İnanc xatun, Qutluq İnanc vә b. Qızıl Arslana qarşı çıxdılar. Toğrulla Qızıl Arslan arasında bir neçә dәfә Mazandaran, Damğan vә Hәmәdan әtrafında vuruşma oldu. Qızıl Arslan 1187 ildә Toğrula qarşı Bağdad xәlifәsi Nasirdәn [1180–1225] yardım istәdi. Xәlifә Toğrulu daha tәhlükәli hesab etdiyindәn Qızıl Arslana kömәk göndәrdi. Toğrul 1188 ildә xәlifә qoşununu, sonra isә Qızıl Arslanı mәğlub etdi. Lakin bu qәlәbә onun mövqeyini möhkәmlәndirә bilmәdi. 1189 ildә Hәmәdana hücum edәn Qızıl Arslan Toğrulu oğlu Mәlikşahla birlikdә hәbs etdi; onun mülklәrini vә iqta yerlәrini tәrәfdarlarına payladı. Yaranmış qarışıqlıqdan istifadә edәn Şirvanşahlar da müstәqilliyә sәy göstәrirdilәr. Buna yol vermәmәk üçün Qızıl Arslan 1190 ildә Şirvana hücum edәrәk Şamaxını tutdu. Şirvanşah I Axsitan E.d.-nin vassallığını qәbul etmәyә vә paytaxtı müvәqqәti olaraq Bakıya köçürmәyә mәcbur oldu.

     Цзяриндя Атабяй Мящяммяд Ъащан Пящляванын ады йазылмыш эил габ. Эянъя Тарих-                                                                                                                 Дийаршцнаслыг музейи.

    1191 ildә Qızıl Arslan xәlifә Nasirin razılığı ilә özünü sultan elan etdi. Rey vә İsfahan vilayәtlәrini yenidәn E.d.-nin tәrkibinә qatdı; Fars vә Xuzistanın hakimlәri dә E.d.-nә tabe edildi. E.d. Şamaxıdan İsfahanadәk geniş bir әrazini әhatә edirdi. Qızıl Arslanın hakimiyyәti dövründә E.d.-nin siyasi vәziyyәtinin möhkәmlәnmәsi ölkәnin iqtisadi vә mәdәni inkişafı üçün әlverişli şәrait yaratdı. Lakin bu vәziyyәt uzun sürmәdi; iqta torpaqlarından mәhrum olmuş narazı Sәlcuq әmirlәrinin sui-qәsdi nәticәsindә Qızıl Arslan öldürüldü. Onun ölümündәn sonra hakimiyyәtә Әbu Bәkr [1191–1210] keçdi. Әbu Bәkrin dövründә Cahan Pәhlәvanın oğulları arasında hakimiyyәt uğrunda gedәn mübarizә vә feodal çәkişmәlәri nәticәsindә E.d.-nin tәnәzzülü başladı. Qutluq İnanc vә Әmiran Ömәrin hakim olduqları İraq-i Әcәm, İsfahan vә Rey vilayәtlәri E.d.-ndәn ayrıldı. E.d.-ndә gedәn feodal çәkişmәlәrindәn Xarәzmşahlar, Abbasilәr, Әyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadә etmәyә çalışırdılar. 1192 ildә Sultan Toğrul ona sadiq әmirlәrin kömәyi ilә hәbsdәn azad oldu vә qısa müddәtdә Rey, İsfahan vә Hәmәdanda hakimiyyәti әlә keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarәzmşah Tәkәşdәn [1172– 1200] hәrbi yardım istәdi. 1194 ildә Tәkәş hücum edәrәk Xorasan, Rey vә Hәmәdan vilayәtlәrini tutdu. Martın 25-dә Rey yaxınlığındakı döyüşdә Toğrul öldürüldü. Xarәzmşah işğal etdiyi vilayәtlәrin idarәsini Qutluq İnanca tapşırdı. Lakin Qutluq İnancın müstәqil dövlәt yaratmağa çalışması Tәkәşin ona münasibәtinin kәskin surәtdә dәyişmәsinә sәbәb oldu. 1196 ildә Qutluq İnanc öldürüldü. 1197 ildә Hәmәdan uğrunda vuruşmada Xarәzmşah әmirini mәğlub edәn Әbu Bәkr qardaşı Özbәki oraya hakim tәyin etdi. Az sonra Tәkәşin qoşunları yenidәn Hәmәdanı әlә keçirdilәr. Tәkәşin ölümündәn (1200) sonra Әbu Bәkr Hәmәdanı geri qaytara bildi. Lakin siyasi sabitliyin olmaması Әbu Bәkrin hakimiyyәti dövründә feodallar arasında çәkişmәlәri daha da kәskinlәşdirdi. 1202–03 illәrdә gürcü qoşunlarının hücumu nәticәsindә Dәbil ş.-i tutuldu. Gürcülәrin ölkәnin içәrilәrinә soxulacağından ehtiyat edәn Әbu Bәkr Naxçıvandan Tәbrizә yollandı. 1204–05 illәrdә gürcülәr yenidәn Azәrb.-a hücum etdilәr. Belә vәziyyәtdәn istifadә edәn Marağa hakimi Әlaәddin Ağsunqur İrbil hakimi Müzәffәrәddin Kökburi ilә ittifaq bağlayaraq 1205 ildә Tәbrizә hücum etdi. Әbu Bәkr әmir Aytoqmuşla hücuma keçәrәk Marağanı mühasirәyә aldı. Әlaәddin sülh bağ- lamağa vә tutduğu yerlәri geri qaytarmağa mәcbur oldu; әvәzindә isә Urmiya ş.-ni aldı. 1208 ildә Ağsunqurilәrin kiçik yaşlı sonuncu hakimi öldükdә Әbu Bәkr Rәvandüz qalasından başqa, Marağa vil.-ni dә E.d.-nә qatdı. Әbu Bәkrin vәfatından sonra qardaşı Özbәk hakimiyyәtә keçdi. Özbәkin hakimiyyәti dövründә [1210–25] E.d.-nin tәnәzzülü daha da güclәndi. Daxili çәkişmәlәrinin davam etmәsi, müharibәlәr, mәrkәzi hakimiyyәtin getdikcә zәiflәmәsi ölkәnin iqtisadi inkişafına ağır tәsir gös- tәrdi, onun müdafiә qabiliyyәtini xeyli azaltdı. 1210–11 illәrdә gürcü qoşunları yenidәn Azәrb.-a hücum etdilәr. Bu, gürcülәrin Azәrb.-a tәşkil etdiklәri әn böyük hәrbi yürüş idi. Naxçıvana hücum edәn gürcülәr şәhәri әlә keçirә bilmәdiklәrindәn buradan Culfaya doğrü yönәlәrәk Dәrәdüz dәrәsini keçib Mәrәndә daxil oldular. Şәhәri talan etdikdәn sonra Tәbrizi mühasirәyә aldılar. Şәhәrin hakimi Cahan Pәhlәvanın arvadı Zahidә xatun gürcülәrә bac vermәklә şәhәri xilas etdi. Buradan Miyanәyә hücum edәn gürcülәr şәhәrdә hәrbi hissә yerlәşdirәrәk bac alıb şәhәri tәrk etdilәr. Ardınca Zәncan, Qәzvin, Әbhәr, Әrdәbil gürcülәr tәrәfindәn qarәt olundu, Naxçıvan vә Beylәqan şәhәrlәri üzәrinә xәrac qoyuldu. Belә bir şәraitdә 1220 ildә monqol qoşunu Azәrb.-a soxuldu. Monqollar Tәbrizi müdafiә edә bilәcәyinә arxayın olmayan Özbәkdәn qiymәtli bәxşişlәr, әrzaq vә pul alaraq qışlamaq üçün Muğanda yerlәşdilәr. Lakin onlar qәfil hücumla әvvәl Marağanı, sonra isә Әrdәbili tutdular. Monqolların Tәbrizә döndüklәrini eşidәn Özbәk Naxçıvana qaçdı. Lakin şәhәrin rәisi Şәmsәddin Tuğlai Tәbrizin müdafiәsini tәşkil etdi. Tәbrizlilәrin müdafiәyә hazırlaşdıqlarını görәn monqollar Arrana döndülәr vә Beylәqan әhalisinin müqavimәtini qırıb şәhәri dağıtdılar. Buradan Gәncәyә doğru hәrәkәt edәn mon- qollar qala divarlarının keçilmәzliyini nәzәrә alaraq şәhәri tutmaq fikrindәn daşındılar. 1121 ildә Gürcüstana hücum edәn monqollar gürcülәrin müqavimәtini qırdıqdan sonra Dәrbәnd keçidini keçәrәk Şirvana daxil oldular, Şamaxını işğal edib dağıtdılar. Monqol yürüşlәrinin dağıdıcı tәsiri aradan götürülmәmiş, Azәrb. yeni tәhlükә ilә üzlәşdi. 1225 ildә monqolların tәqib etdiyi Xarәzmşah Mәhәmmәdin oğlu Cәlalәddin Azәrb.-a hücum etdi, Tәbrizi mühasirәyә aldı. Özbәk Gәncәyә, sonra isә Әlincәqalaya qaçdı vә orada da öldü. Beşgünlük müqavimәtdәn sonra Tәbrizi tutan Cәlalәddin sonralar E.d.-nin bütün әrazisini әlә keçirdi. Özbәkin ölümündәn sonra bәzi Eldәniz әmirlәri onun lal oğlu Qızıl Arslan Xamuşu [1225–29] hökmdar elan etdilәr. Lakin Cәlalәddinin mәrhәmәtinә sığınan Qızıl Arslan Xamuş ölkәnin siyasi hәyatında heç bir әhәmiyyәtli rol oynamadı. Belәliklә, daxili-ictimai ziddiyyәtlәr nәticәsindә vә xarici düşmәnlәrin zәrbәlәri altında E.d. әslindә 1225 ildә süqut etdi.

    E.d. Azәrb. xalqının iqtisadi, ictimai, siyasi vә mәdәni hәyatında mühüm rol oynamışdır. Azәrb. torpaqlarının vahid dövlәtdә birlәşmәsi mәhsuldar qüvvәlәrin inkişafına, ticarәtin, sәnәtkarlığın, elm vә mәdәniyyәtin yüksәlişinә şәrait yaratmışdı. Yaxın vә Orta Şәrq iqtisadiyyatında әhәmiyyәtli yer tutan Azәrb. şәhәrlәri mühüm elm vә mәdәniyyәt mәrkәzlәrinә çevrilmişdi. El- dәnizlәr Naxçıvan, Tәbriz, Hәmәdan vә s. şәhәrlәrdә mәdrәsәlәr, mәscidlәr tikdirmişdilәr. Şәmsәddin Eldәniz sarayda şairlәr mәclisi tәşkil etmişdi. Şairlәrdәn Xaqani, Nizami, Mücirәddin Beylәqani, Qivami Mütәrrizi, alimlәrdәn Şihabәddin Sührәvәrdi, Nәcmәddin Әhmәd Naxçıvani vә b. bu dövrdә yazıb yaratmışlar. Memarlıq daha da inkişaf etmiş, Naxçıvan memarlıq mәktәbi geniş tәrәqqi tapmışdı. Bu dövrdә Әcәmi, Әmirәddin Mәsud, Әhmәd ibn Әyyub әl-Hafiz Naxçıvani kimi memarlar fәaliyyәt göstәrmişdilәr. Naxçıvandakı Möminә Xatun türbәsi, Hәmәdandakı mәdrәsә, Әlәvi türbәsi, Urmiya yaxınlığında Sәqumbad türbәsi (1184) vә s. Eldәnizlәr dövrünün gözәl memarlıq nümunәlәridir. M.S.Ordubadinin “Qılınc vә qәlәm” tarixi romanı Eldәnizlәr dövründәn bәhs edir.

     Мюминя Хатун тцрбяси. Мемар Яъями Нахчывани. 12 яср.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV