ELEFANTİÁZ (yun. έλέφας – fil sözündәn), f i l ә o x ş a r l ı q, f i l a z a r ı – limfanın xroniki durğunluğu nәticәsindә dәri vә dәrialtı toxumaların tәdricәn qalınlaşması ilә xarakterizә olunan xәstәlik; in- sanda vә bәzi növ heyvanlarda tәsadüf edilir. E. zamanı bәdәnin ayrı-ayrı hissәlәri (çox vaxt aşağı, bәzәn yuxarı әtraflar, cin- siyyәt orqanları, üz vә s.) xeyli böyüyüb eybәcәrlәşir. S ә b ә b i parazitar mәnşәli xәstәlik (filyarioz), residiv verәn qızılyel, limfa durğunluğu yaradan iltihabi vә qeyri-iltihabi proseslәr vә s.-dir. M ü a l i c ә s i cәrrahi üsulladır. P r o f i l a k t i k a s ı E.-a sәbәb olan iltihabi proseslәri vaxtında aradan qaldırmaq, şәxsi gigiyenaya riayәt etmәkdir.