ELEFANTİNA (Έλεφαντίνη) – Nil çayındakı adanın (Asuanla üzbәüz) vә orada mövcud olmuş qәdim mәskәnin yunanca adı. E. qәdim vә antik Misirin Cәnubla mübadilә ticarәtinin (fil sümüyü vә s. mallar) mәrkәzi vә Nubiya ilә hәmsәrhәd nomun (dairәnin) paytaxtı idi. Әhәmәnilәr dövründә E.-da muzdlu döyüşçülәrdәn ibarәt qarnizon yerlәşmişdi. Ptolemeylәr hakimiyyәtә gәldikdәn vә nomun paytaxtı Nebit (yun. Ombos) olduqdan sonra E. ucqar sәrhәd şәhәrinә çevrilmişdi. E.-da alman arxeoloji in-tunun apardığı qazıntılar nәticәsindә çoxlu sayda tapıntı üzә çıxarıldı. Qәdim vә Orta şahlıq dövrünә aid mәbәdlәrin qalıqları, qranitdәn Zәfәr tağı (e.ә. 4 әsr), Strabonun (XVII, I, 48) tәsvir etdiyi Nilin sәviyyәsini ölçәn qurğu (sonuncu dәfә romalılar tәrәfindәn bәrpa edilmiş, 19 әsrin sonlarınadәk istifadә olunmuşdur); nomarxların sәrdabaları vә müqәddәs qoç mumiyaları yerlәşdirilmiş daş sarkofaqlardan ibarәt nekropol, bundan әlavә, e.ә. 25 әsrә aid Misir papirusları, yerli nomarxların arxivi vә E.-da yerlәşәn Әhәmәni hәrbi koloniyasının arami papiruslarından ibarәt arxivi tapılmışdır.
E.ә. 5 әsrә aid arami papiruslarında Әhәmәnilәrin muzdlu hәrbçilәri sırasında Azәrbaycan әrazisindә yaşamış kaspilәr dә qeyd olunur. Bu sәnәdlәr kaspilәrin E. adasında muzdlu hәrbçi olmaları haqqında tәsәvvür yaradır. Papiruslarda kaspilәrә mәxsus 14 şәxs adı saxlanılmışdır.
Әd.: M e л и к о в Р. Этническая картина Азербайджана в эпоху ахеменидского владычества (VI–IV вв. до н.э.). Баку, 2003; Azәrbaycanın qәdim tarixinә dair yazılı mәnbәlәr (müntәxәbat). B., 2014.