Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRETLƏR

    ELEKTRETLӘR – polyarlaşmaya sәbәb olan xarici tәsir kәsildikdәn sonra uzun müddәt polyarlaşma halını saxlayan vә әtraf mühitdә elektrik sahәsi yaradan dielektriklәr (sabit maqnitlәrin elektrik analoqu). Molekulları dipol momentinә malik olan maddәni әridib güclü elektrik sahәsindә yerlәşdirsәk, onun molekulları qismәn sahә boyunca düzülәcәk. Elektrik sahәsindә әrintinin soyudulması vә bәrkimiş maddәdә sahәnin sonrakı daxil edilmәsi zamanı molekulların dönmәsi çәtinlәşir vә onlar uzun müddәt üstün istiqamәtini saxlayır (bir neçә gündәn bir neçә ilә qәdәr). Bu üsulla ilk elektreti yapon fiziki Yoquçi hazırlamışdır (1922).

    Kristal maddәdә qalıq polyarlaşma hәmçinin sahәdә kvazidipolların (әksişarәli iki vakansiya, aşqar ion-vakansiya vә s.) oriyentasiyası vә ya yükdaşıyıcıların elektrodların yaxınlığında toplanması hesabına alına bilәr. E.-in hazırlanması zamanı yükdaşıyıcılar dielektrikә elektrodlardan vә ya elektrodlararası aralıqdan keçir. Yükdaşıyıcılar süni surәtdә, mәs., dielektrikin elektron dәstәsi ilә şüalanması ilә dә yaradıla bilәr. Amorf mum vә qatranlardan, polimerlәrdәn, qeyri-üzvi polikristal vә qeyri-üzvi monokristal dielektriklәrdәn, şüşә mәmulatlardan vә s. stabil E. alınmışdır. Stabil E.-i, eyni zamanda dielektriklәri әrimә temp-runa vә daha aşağı temp-ra qәdәr qızdırdıqdan sonra güclü elektrik sahәsindә soyutmaqla (t e r m o e l e k t r e t l ә r), güclü elektrik sahәsindә işıqlandırmaqla (f o t o e l e k t  r e t l ә r), radioaktiv şüalanma ilә (r a d i o e l e k t r e t l ә r), sadәcә olaraq güclü elektrik sahәsindә, maqnit sahәsindә yerlәşdirmәklә (e l e k t r o e l e k t r e t l ә r, m a q n e t o e l e k t r e t l ә r), üzvi mәhlulları elektrik sahәsindә soyutmaqla (k r i o e l e k t r e t l ә r), polimerlәrin mexaniki deformasiyasının kömәyi ilә (m e x a n o e l e k  t r e t l ә r), sürtünmә yolu ilә (t r i b o e l e k t r e t l ә r) vә s. üsulla da almaq olur.

    E. sabit elektrik sahәsinin mәnbәlәri olaraq (elektron mikrofonlar vә telefonlar, vibrovericilәr, zәif dәyişәn siqnalların generatorları, elektrometrlәr, elektrostatik voltmetrlәr vә b.), hәmçinin dozimetriya qurğularında hәssas vericilәr vә elektrik yaddaşı kimi dә istifadә edilir. Barometrlәrin, hiqrometrlәrin vә qaz filtrlәrinin, pyezovericilәrin vә s. hazırlanmasında E. hәssas elementlәr kimi tәtbiq edilir. Fotoelektretlәr elektrofotoqrafiyada işlәdilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV