ELEKTRİK AÇARI – elektrik avadanlığı vә qurğularını dövrәyә qoşmaq, yaxud açmaq üçün aparat. E.a.-nın әsas konstruktiv elementlәri tәrpәnәn vә tәrpәnmәz kontaktlardan ibarәt kontakt sistemi vә intiqaldır (әl ilә işlәdilәn, yaylı, elektromaqnit, pnevmatik). E.a. alçaq (1 kV-adәk) vә yüksәk (1 kV-dan çox) gәrginlikli olur. Kiçikölçülü, aşağı gәrginlikli, kontaktları ani qapanan E.a. mikroaçar adlanır. Çox şiddәtli cәrәyanları (yüzlәrlә vә minlәrlә A) açan E.a. qövssöndürәn quruluşla tәchiz olunur. E.a. avtoqaz açarı, yağ açarı, hava açarı, vakuum açarı (elektrik qövsü vakuumda söndürülür), eleqaz açarı (elektrik qövsü kükürd-heksaflüorid – SF6, yәni eleqaz atm.-indә söndürülür) vә elektromaqnit açarı kimi növlәrә ayrılır.