elektrik yüklü zәrrәciklәrin nizamlı (istiqamәtlәnmiş) hәrәkәti. E.c.-nın istiqamәti dedikdә müsbәt yüklü zәrrәciklәrin hәrәkәt istiqamәti nәzәrdә tutulur. Әgәr cәrәyan mәnfi yüklü zәrrәciklәr (mәs., elektronlar) tәrәfindәn yaranarsa, onda onların hәrәkәtinin әks istiqamәti cәrәyanın istiqamәti olacaqdır. Makroskopik cisimlәrin daxilindәki yüklü zәrrәciklәrin hәrәkәti ilә bağlı E.c. vә yüklәnmiş makroskopik ci -simlәrin (mәs., yüklәnmiş yağış damcısının) hәrәkәti ilә bağlı E.c.-nı fәrqlәndirirlәr.
Naqillәrdә E.c.-nın mövcud olmasını onun göstәrdiyi tәsirlәrә görә müәyyәn etmәk olar; belә ki, cәrәyan keçәn naqil qızır (istilik tәsiri), kimyәvi tәrkibi dәyişir (kimyәvi tәsiri), naqilin әtrafında maqnit sahәsi yaranır (maqnit tәsiri). Cәrәyanın maqnit tәsiri bütün naqillәrdә baş verir. İfrat keçiricilәrdә istilik ayrılması baş vermir, kimyәvi tәsir isә әsasәn elektrolitlәrdә müşahidә olunur. Dielektriklәrdә vә vakuumda maqnit sahәsi yalnız keçiricilik cәrәyanı vә ya konveksiya cәrәyanı ilә deyil, hәm dә dәyişәn elektrik sahәsi vasitәsilә yaranır. Elektrik sahәsinin za mana görә dәyişmә sürәti ilә mütәnasib olan kәmiyyәti C. Maksvell yerdәyişmә cәrәyanı adlandırmışdır. Maksvell tәnliyinә hәm yüklәrin hәrәkәti ilә bağlı olan cәrәyan, hәm dә yerdәyişmә cәrәyanı daxildir. Ona görә dә maqnit sahәsini keçiricilik cәrәyanı ilә yerdәyişmә cәrәyanının cәminә bәrabәr olan tam E.c. yaradır.
E.c. skalyar kәmiyyәtlә – cәrәyan şiddәti (I ) ilә vә vektor kәmiyyәtlә – elektrik cәrәyanının sıxlığı ( j ) ilә xarakterizә olunur. Cәrәyan sıxlığının naqilin en kәsiyi boyunca bәrabәr paylanması zamanı
I=jS=q0nυ–S,
burada q0 – zәrrәciyin yükü, n – vahid hәcmdәki zәrrәciklәrin sayı, υ– – zәrrәciklәrin istiqamәtlәnmiş hәrәkәtinin orta sürәti, S – naqilin en kәsiyinin sahәsidir.
E.c.-nın yaranması vә davam etmәsi üçün sәrbәst yüklü zәrrәciklәr vә onların nizamlı hәrәkәtini yaradan vә saxlayan qüvvә olmalıdır. Adәtәn belә qüvvә naqilin daxilindәki elektrik sahәsi tәrәfindәn olur vә bu qüvvә naqilin uclarındakı elektrik gәrginliyi ilә tәyin edilir. Gәrginlik zamana görә dәyişmәzsә, naqildә sabit cәrәyan dәyişәrsә, dәyişәn cәrәyan qәrarlaşır.
Naqilin әn mühüm xarakteristikası cәrәyan şiddәtinin gәrginlikdәn asılılığı – volt-amper xarakteristikasıdır. Metal naqillәr vә elektrolitlәr üçün o, Om qanunu ilә tәyin edilir.
Maddәlәrin E.c.-nı buraxmaq qabiliyyәti elektrikkeçirmә (vә ya elektrik müqavimәti ) ilә xarakterizә olunur.