elektrovoz vә motorlu vaqonların elektrik enerjisi ilә tәchizi üçün kontakt şәbәkәsi olan dәmiryol nәqliyyatı növü. Nәql. vasitәlәri elektrik xәtlәrindәn enerji alır; sabit vә dәyişәn cәrәyandan istifadә olunur. Magistral d.y.-larında elektrik dartısından ilk dәfә 1895 ildә ABŞ-ın Ohayo ştatında istifadә edilmişdir. Azәrb.-da ilk dәfә 1926 ildә Bakı–Sabunçu–Suraxanı xәtti elektriklәşdirilmişdir. D.y.-nun elektriklәşdirilmәsi nәticәsindә lokomotivlәrin gücü artdı, hәrәkәt sürәtlәndi, yolun qatarburaxma vә yükdaşıma qabiliyyәti güclәndi, yanacaq sәrfi xeyli azaldı. Bax hәmçinin Dәmir yolu.