Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRİK ENERJİSİ SAYĞACI

    müәyyәn zaman әrzindә dәyişәn vә ya sabit cәrәyan şәbәkәlәrindә elektrik enerjisinin sәrfini (istehlakını) hesablamaq üçün ölçmә cihazı. Enerji sәrfi (adәtәn, kVt·saat-la) hesablama mexanizminin göstәricisi ilә müәyyәn olunur. E.e.s.-ları ölçülәn kәmiyyәtlәrin tipinә (birfazalı vә üçfazalı), qoşulma növünә (güc dövrәsinә birbaşa vә ya xüsusi transformator vasitәsilә) vә konstruksiyasına (induksiyalı, elektron vә hibrid) görә müxtәlif olur. İ n d u k s i y a l ı sayğaclar az enerji sәrf edәn mәnzillәrdә istifadә üçün әlverişlidir. Elektrik enerjisindәn istifadә olunarkәn sayğacda hәrәkәtli (mütәhәrrik) hissә (alüminium disk)
    fırlanır; hesablama mexanizmi mütәhәrrik hissәnin dövrlәr sayına mütәnasib olan elektrik enerjisini qeydә alır. Göstәricilәri mәsafәdәn avtomatik qeyd edә bilmәmәsi, hesabat xәtaları, enerji oğurluğundan zәif mühafizә, funksionallığının mәhdudluğu, müasir elektron qurğularla müqayisәdә әlverişsiz quraşdırılma vә istismarı bu sayğacların mәnfi cәhәtlәridir. E l e k t r o n sayğaclarda dәyişәn cәrәyan vә gәrginlik elektron elementlәrә tәsir edәrәk çıxışda ölçülәn aktiv enerjiyә mütәnasib impulslar yaradır. Yüksәk enerji tәlәbatlı mәnzillәr vә müәssisәlәr üçün nәzәrdә tutulmuş bu sayğaclarda yaddaş qurğusu vә displey olduğuna görә proqramlaşdırılmış zaman müddәtindә istifadә edilmiş elektrik enerjisini yaddaşında saxlayır vә miqdarı göstәrir. H i b r i d E.e.s.-ları çox nadir hallarda işlәnәn, rәqәmli interfeysli sayğaclardır; mexaniki hesablama qurğusu var, ölçmә hissәsi induksiya vә ya elektron tiplidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV