elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı әdәdi qiymәtcә görülәn işә bәrabәr olan kә miyyәt. Potensiallı elektrik sahәsindә (elektrostatik sahәdә) bu iş yükün getdiyi yolun formasından asılı deyil. Bu halda iki nöqtә arasındakı E.g. (vә ya sadәcә gәrginlik) onların arasındakı potensiallar fәrqi ilә üst-üstә düşür.
Әgәr sahә qeyri-potensiallı olarsa, onda E.g. yükün nöqtәlәr arasında getdiyi yolun formasından asılı olur. K ә n a r q ü v v ә l ә r adlanan qeyri-potensiallı qüvvәlәr istәnilәn sabit cәrәyan mәnbәyinin daxilindә tәsir göstәrmәk imkanına malikdir. Cәrәyan mәnbәyinin sıxaclarındakı gәrginlik vahid müsbәt yükün mәnbәdәn kәnarda yerlәşәn yol boyunca yerdәyişmәsi zamanı elektrik cәrәyanının gördüyü işlә ölçülür; bu halda E.g. mәnbәnin sıxaclarındakı potensiallar fәrqinә bәrabәr olub Om qanunu ilә tәyin edilir: U=ℰ–IRi=IR, burada I – cәrәyan şiddәti, Ri – naqilin daxili müqavimәti, R – dövrәnin xarici müqavimәti, ℰ isә mәnbәnin elektrik hәrәkәt qüvvәsidir (e.h.q). Açıq dövrәdә (I=0) gәrginlik mәnbәnin e.h.q.-nә bәrabәrdir. Ona görә dә dövrә açıq olduğu zaman mәnbәnin e.h.q.-ni çox vaxt onun sıxaclarındakı E.g. kimi tәyin edirlәr.
Dәyişәn cәrәyan halında E.g. adәtәn tәsiredici (effektiv), yәni dövr әrzindәki orta kvadratik qiymәtlә tәyin olunur. E.g. adәtәn voltmetrlә ölçülür. E.g.-nin vahidi Sİ sistemindә voltdur.