elektrik enerjisinin ötürülmәsi vә ya çevrilmәsi sürәtini xarakterizә edәn fiziki kәmiyyәt. Sabit cәrәyanlı elektrik dövrәlәrindә E.g. P=UI, U – gәrginlik (V-la), I – cәrәyan (A-lә). Dәyişәn cәrәyan halında gәrginlik vә cәrәyanın ani qiymәtlәrinin (uyğun olaraq u vә i) hasili ani gücü ( p) verir: p=ui. T periodu әrzindә ani E.g.-nün orta qiymәti aktiv güc adlanır.
Aktiv E.g. elektrik enerjisinin digәr növ (istilik, işıq vә s.) enerjilәrә dönmәyәn çevrilmә sürәtini xarakterizә edir. Enerjinin cәrәyan mәnbәyindәn qәbulediciyә vә әksinә ötürülmә sürәtini xarakterizә edәn E.g. reaktiv güc adlanır: Q =UIsinφ. Dövrәdә periodik elektrik cәrәyanının tәsiredici (effektiv) qiymәtlәrinin hasili tam güc adlanır, aktiv vә reaktiv E.g. ilә aşağıdakı kimi әlaqәlidir: S2= P2+Q2.