elektrik sahәsini xarakterizә edәn vektor kәmiyyәt; müxtәlif tәbiәtli iki vektorun cәminә bәrabәrdir: elektrik sahәsinin intensivliyi (E) vә mühitin polyarlaşması (P). Qaus vahidlәr sistemindә
D=E + 4πP, (1)
Sİ-dә
D=ε0E + P, (1′)
burada ε0 – elektrik sabiti vә ya vakuumun dielektrik nüfuzluğu adlanan ölçülü konstantdır.
Seqnetoelektrik xassәlәrә malik olmayan izotrop mühitdә zәif sahәlәrdә polyarlaşma vektoru sahәnin intensivliyi ilә düz mütәnasibdir. Qauss sistemindә
P=χeE, (2)
burada χe – dielektrik qavrayıcılığı adlanan ölçüsüz sabit kәmiyyәtdir. Seqne toelektriklәr üçün dielektrik qavrayıcılığı E-dәn asılı olduğuna görә P vә E arasındakı әlaqә qeyri-xәttidir.
(2) ifadәsini (1)- dә yerinә qoysaq
D = (1+ 4πχe)E=εE (3)
alarıq.
ε =1+4πχe (4)
kәmiyyәti maddәnin dielektrik nüfuzluğu adlanır.
Sİ sistemindә
P = χeε0E, (2′)
D= ε0εE, (3′)
ε = 1+ χe. (4′)
E.i. vektorunun daxil edilmәsinin mәnası ondan ibarәtdir ki, istәnilәn qapalı sәthdәn keçәn D vektoru seli (axını) E vektoru seli kimi verilәn sәthlә mәhdudlanan hәcm daxilindәki bütün yüklәrlә deyil, yalnız sәrbәst yüklәrlә tәyin edilir. Bu, bağlı (polyarlanmış) yüklәri nәzәrә almamağa imkan verir vә bir çox mәsәlәlәrin hәllini sadәlәşdirir.