mexanizm vә maşınları hәrәkәtә gәtirmәk üçün elektromexaniki sistem; bu intiqalda mexaniki enerji mәnbәyi elektrik mühәrrikidir. E.i.- na elektrik mühәrrikindәn başqa ötürücü mexanizm (әsasәn reduktor), güc çeviricisi vә idarәetmә aparatları da daxildir. E.i.-nın fәrdi (yalnız bir işlәk mexanizmi hәrәkәtә gәtirir), çoxmühәrrikli (bax Çoxmühәrrikli intiqal), reversiv (iş şәraitinә görә elektrik mühәrrikinin fırlanma istiqamәtini dә yişmәk lazım gәlir), qeyri-reversiv, hәmçinin tәnzimlәnәn (fırlanma tezliyi dәyişir) vә tәnzimlәnmәyәn (fırlanma tezliyi sabitdir) növlәri olur. Tәnzimlәnәn E.i.-nda, әsasәn sabit cәrәyan, bәzәn dә dәyişәn cәrәyan elektrik mühәrriklәrindәn, tәnzimlәnmәyәn E.i.-nda isә üçfazalı asinxron, yaxud sinxron elektrik mühәrriklәrindәn istifadә edilir. Tәnzimlәnәn E.i. “generator-mühәrrik”, ventil E.i. (elektrik mühәrrikinin işi ya idarәolunan tezlik çeviricisi, ya da idarәolunan düzlәndirici ilә tәnzimlәnir), ion E.i. (elektrik mühәrrikinin iş rejimi ion, yәni qazboşalma ventilli cәrәyan çeviricilәri ilә idarә edilir), kaskadlı elektrik intiqalı vә s. qruplara ayrılır. İdarәetmә aparatı avtomatik idarәetmә vә tәnzimlәmә vasitәlәri ilә birlikdә avtomatlaşdırılmış elektrik intiqalı sistemini tәşkil edir.