Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRİK KONDENSATORU

    birbirindәn dielektriklә ayrılmış iki vә daha çox elektroddan (keçirici metal lövhәdәn) ibarәt, elektrik yükü toplamaq qabiliyyәtinә malik quruluş; dielektrikin qalınlığı elektrodun ölçülәrinә nisbәtәn kiçikdir. E.k.-nun iş prinsipi onun elektrodlarına (lövhәlәrә) gәrginlik verildikdә dielektrikin polyarlaşmasına әsaslanır. Polyarlaşmış dielektrikin elektrik sahәsi elektrodlarda cәmlәnmiş yüklәrin elektrik sahәsini zәiflәdir vә bu da öz növbәsindә kondensator yüklәrinin artmasına (yüklәrin toplanmasına) gәtirib çıxarır. Elektrik dövrәlәrindә E.k. toplanmış (cәmlәnmiş) elektrik tutumlu element kimi tәtbiq edilir. E.k.-nun tutumu dielektrikin nüfuzluluğu (ε) ilә mütәnasibdir vә dielektrikin qalınlığı kiçik, hәmçinin lövhәlәrin sahәsi böyük olduqca tutum da böyük olur. E.k. çox vaxt qruplarla (batareya şәklindә) qoşulur. E.k. paralel birlәşdirildikdә batareyanın ümumi tutumu:
    Cb = C1 + C2 + … + Cn;
    ardıcıl birlәşdirildikdә isә
    Cb = (1/C1 + 1/C2 + … + 1/Cn)–1
    olur. Burada C1, C2, …, Cn – batareyanı tәşkil edәn ayrı-ayrı kondensatorların tutumudur.
    E.k.-nun ixtiraçısı E.H. Kleyst (Almaniya, 1745) hesab olunur. E.k.-nın sәnaye istehsalına 20 әsrin әvvәllәrindә elektrotexnika vә radiotexnikanın inkişafı ilә әlaqәdar başlanmışdır.
    E.k.-nun әsas parametrlәri: nominal tutum; işlәk (nominal) gәrginlik; deşilmә gәrginliyi; izolyasiyanın müqavimәti; yolverilәn reaktiv güc; itkilәrin tangens bucağı; mәxsusi induktivlik vә tutumun temp-r әmsalıdır. Tutumun idarәolunma imkanla rına görә E.k. sabittutumlu (daha geniş yayılmışdır) vә dәyişәntutumlu (mәs., varikond, varikap) olur. E.k.-nun parametrlәri, konstruksiyası vә tәtbiq sahәsi, әsasәn onun elektrodlarını ayıran dielektriklә tәyin edilir, bu sәbәbdәn dә әsas tәsnifat dielektrikin tipinә görә aparılır. E.k. qeyri-üzvi (o cümlәdәn oksid dielektrikli), üzvi vә qaz dielektrikli kondensatorlara ayrılır. Dielektrik kimi elektron-deşik keçidinin sәrhәdindәki bağlayıcı tәbәqәdәn dә istifadә etmәk olar; inteqral sxemlәrdә E.k. metal – dielektrik – yarımkeçirici struktur әsasında yaradılır. Dielektrik kimi keramika, mika, şüşә vә s. tәtbiq edilәn q e y r i-ü z v i dielektrikli E.k. әn geniş yayılmış kondensator tipidir. Bu tip kondensatorlar geniş tutum diapozonuna, yüksәk temp-r sabitliyinә malikdir, konstruksiya vә texnologiyasına görә inteqral sxemlәrlә yaxşı uzlaşır vә onların hazırlanma texnologiyası nisbәtәn sadәdir; radioelektron aparatlarda, yüksәk gәrginliklәr texnikasında vә s. istifadә olunur. O k s i d dielektrikli E.k.-nda (e l e k t r o l i t i k k o n d e n s a t o r d a) lövhәlәrdәn biri (anod) oksid qatı ilә örtülmüş metal (dielektrik funksiyasını yerinә yetirir), digәri (katod) isә maye, yaxud bәrk elektrolitdir; alçaqtezlikli elektrik süzgәclәrindә geniş tәtbiq edilir. Ü z v i dielektrikli E.k.-nda dielektrik kimi izolyasiya
    yağı vә ya izolyasiya xassәli bәrk üzvi maddә hopdurulmuş xüsusi kağızdan (kondensator kağızından), polimer örtüklәrdәn, yaxud da kondensator kağızı ilә polimer örtüklәrin növbәlәşәn tәbәqәlәrindәn bir yerdә istifadә olunur. Әsasәn alçaq tezlikli sabit vә dәyişәn cәrәyan döv rәlәrindә, yaxud impuls rejimindә işlәdilәn kağız E.k. daha geniş yayılmışdır. Polimer örtüklü E.k. 200°C temp-rda işlәyәn radio aparatlarında, kağız vә polimer örtük dielek triklәrindәn kombinә edilmiş E.k. isә ehtiyat enerjinin yüksәk qiymәtlәri lazım gәldikdә (mәs., elektrik impulslarının formalaşdırılmasında) işlәdilir. Q a z (o cümlәdәn hava vә vakuum) dielektrikli E.k. itkilәrin tangens bucağı vә tutumun temp-r әmsalının qiymәtlәrinin kiçik, xüsusi tutumunun aşağı olması ilә xarakterizә edilir. Sabittutumlu hava E.k. әsasәn ölçmә texnikasında, dәyişәntutumlu hava kodensatorları radioötürücülәrdә vә radio qәbuledicilәrdә işlәdilir. Vakuum E.k. aviasiya vә kosmos radio aparatlarında geniş tәtbiq olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV