elektrik enerjisini cәrәyangötürәnlәr vasitәsilә kontakt şәbәkәsindәn vә ya elektrik akkumulyatorlarından alan motorvaqonlu nәql. vasitәsi. Sәrnişin daşınması intensiv olan d.y. xәtlәrindә (mәs., metropoliten, şәhәr әtrafı d.y.) istifadә olunur. E.q. vaqonlarının ümumi sayı 4–12, onların bir qismi, yaxud hamısı motorlu ola bilәr. Vaqonların hәr birindә mexaniki, elektrik vә pnevmatik avadanlıq olur. Mexaniki hissә әsasәn bütöv metal kuzovdan vә iki әdәd tәkәr cütü qaynaqlanmış çәrçivәdәn ibarәtdir. Elektrik avadanlığına: sabit cәrәyan dartı elektrik mühәrriklәri (hәr motorlu vaqona 4 әdәd), cәrәyangötürәnlәr, alçaqgәr ginlikli kömәkçi cihaz vә avadanlıq üçün gәrginlik çeviricilәri daxildir; dәyişәn cәrәyan E.q.-n da isә elektrik mühәrriklәrini tәchiz edәn güc transformatorları vә düzlәndiricilәr dә olur. E.q.-nın müәyyәn hissәsi tormozlayıcı elektrik avadanlığı ilә tәchiz edilir. Pnev matik avadanlığa tormoz sistemi vә qa pıların avtomatik açılması üçün içәrisindә sıxılmış hava olan balon vә kompressorlar daxildir. Başdakı vә ya sonuncu vaqonlarda maşinistlәr üçün lazımi nәzarәt aparatları vә idarәetmә qurğuları ilә tәchiz edilmiş kabinәlәr var. Bәzi ölkәlәrdә bütün vaqonlarda idarәetmә orqanı olur. Başqa növ dartı-hәrәkәt vasitәlәrindәn fәrqli olaraq E.q. tez hәrәkәtә düşür vә tormozlanır, sәs-küyü azdır vә әtraf mühiti çirklәndirmir. Adi E.q.-nın sürәti 130 km/saat, sürәt qatarlarının isә 200–250 km/saat-dır. Keçmiş SSRİ-dә ilk dәfә E.q. (gәrginliyi 1200 V ) 1926 ildә Bakı–Sabunçu–Suraxanı xәttinә buraxılmışdır.