ELEKTRİK MÜHӘRRİKİ – elektrik enerjisini mexaniki enerjiyә çevirәn elektrik maşını. Cәrәyanın növünә görә E.m. sabit cәrәyan mühәrriklәrinә vә dәyişәn cәrәyan mühәrriklәrinә ayrılır. Dәyişәn cәrәyan mühәrriklәrinin sinxron, asinxron vә kollektorlu növlәri var (bax Asinxron elektrik mühәrriki, Sinxron elektrik mühәrriki). Qısaqapanmış rotorlu asinxron E.m. daha geniş yayılmışdır; onların istehsalı sadәdir vә istismara etibarlıdır. E.m. nәql. maşınlarını (dartı elektrik mühәrriki), elәcә dә gәmilәrin, tәyyarәlәrin müxtәlif mexanizmlәrini hәrәkәtә gәtirmәk üçün istifadә olunan vә mәişәtdә işlәdilәn (bax Elektrik intiqalı) әsas mühәrrik növüdür. E.m.-nin gücü Vt-ın onda bir hissәsindәn onlarla MVt-a qәdәrdir.