ELEKTRİK RABİTӘSİ – informasiyanın elektrik siqnalları vasitәsilә ötürülmәsi mәsәlәlәri ilә mәşğul olan elm vә texnika sahәsi. Elektrik siqnalları bilavasitә mәftillәrlә (mәftil rabitәsi), yaxud radio siqnalları ilә (radio rabitәsi) ötürülür. İnformasiyanın optik rabitә sistemi ilә ötürülmәsi dә E.r.-nә aiddir. Telefon rabitәsi, teleqraf rabitәsi, faksimile rabitәsi, verilәnlәrin ötürülmәsi (telekod rabitәsi), videotelefon rabitәsi E.r.-nin әsas növlәridir.