ELEKTRİK RAKET MÜHӘRRİKİ – dartı yaratmaq mәqsәdi ilә bort elektrik-güc qurğularının elektrik enerjisindәn istifadә edәn, dartı üçün işlәk cismin hәrәkәtini elektrik enerjisi vasitәsilә yüksәk (kimyәvi raket mühәrriklәrindә nail olunmayan) sürәtlәrә çatdıran qurğu. E.r.m. üçün yüksәk xüsusi impuls (100 km/san vә daha çox) xarakterikdir. Lakin enerji sәrfinin böyük, dartının reaktiv şırnağın en kәsik sahәsinә nisbәtinin kiçik (100 kN/m2-dәn az) olması mühәrrikin dartısını onlarla N (Nyuton) qәdәr mәhdudlaşdırdığından, kosmik aparat birinci kosmik sürәtә çatdıqdan sonra E.r.m. tәtbiq edilә bilәr. E.r.m. elektrotermik, elektrostatik vә elektromaqnit raket mühәrriklәrinә ayrılır. E l e k t r o t e r m i k r a k e t m ü h ә r r i k i n d ә elektrik enerjisi ilә yüksәk temp-ra qәdәr qızdırılmış işlәk cisim reaktiv ucluqdan axaraq dartı yaradır. E l e k t r o s t a t i k r a k e t m ü h ә r r i k i ilә dartı qüvvәsini yaratmaq üçün әvvәlcәdәn ionlaşdırılmış, güclü elektrostatik sahәdә sürәtlәndirilәn işlәk cisimdәn istifadә olunur. El e k t r o m a q n i t r a k e t m ü h ә r r i k i n d ә (plazma raket mühәrriki) dartı yaratmaq üçün plazmaya çevrilmiş vә elektromaqnit sahәsi vasitәsilә sürәtlәndirilmiş işlәk cisim tәtbiq edilir.