ƏHƏDZADƏ Elxan Yәhya oğlu (30.1. 1948, Bakı – 8.10.2010, Bakı) – Azәrb. müğәnnisi. Azәrb. Resp. xalq artisti (2006). Azәrb. Dövlәt İncәsәnәt İn-tunu bitirmişdir (1976). 1970–95 illәrdә Azәrb. Dövlәt Rus Dram Teatrı, Azәrb. Dövlәt Mahnı Teatrı vә Musiqili Komediya Teatrında fәaliyyәt göstәrmiş vә yaddaqalan obrazlar yaratmışdır: Danil (“Şәn dul qadın”, F.Leqar), Sirano (“Çılğın qaskoniyalı”, Q.Qarayev), Mirhәsәn (“Yolayrıcı”, R.Hacıyev), Don Kixot (“Lamançlı adam”, M.Li), Knyaz Orlovski (“Yarasa”, İ.Ştraus) vә s. 1996 ildәn Azәrb. Dövlәt Akademik Opera vә Balet Teatrının solisti olmuşdur. Rolları: Süleyman, Nofәl, Hәsәn xan (“Arşın mal alan”, “Leyli vә Mәcnun”, “Koroğlu”, Ü.Hacıbәyli), Qacar (“Vaqif”, R.Mustafayev), Riqoletto (“Riqoletto”, C.Verdi) vә s. Kinofilmlәrdә çәkilmişdir: Gizir (“Çәtirimiz buludlar”, 1976), Ramiz (“Üzü külәyә”, 1977) vә s. Estrada müğәnnisi kimi dә tanınmışdır.