ELEKTRİK SAHӘSİNİN İNTENSİVLİYİ – elektrik sahәsinin әsas kәmiyyәt xarakteristikası olan vektor kәmiyyәt; sahә tәrәfindәn elektrik yükünә tәsir edәn qüvvәnin hәmin yükә nisbәtinә bәrabәrdir. Vakuumda E.s.i. superpozisiya prinsipini ödәyir: sahәnin nöqtәdә tam intensivliyi
ayrı-ayrı yüklü zәrrәciklәrin yaratdığı sahә intensivliklәrinin hәndәsi cәminә bәrabәrdir. Sİ sistemindә E.s.i. V/m-lә ölçülür.