ƏHƏMƏNİLƏR DÖVLƏTİ, Əhәmәnilәr imperiyası – Əhәmәnilәr sülalәsindәn olan fars hökmdarlarının yaratdığı, e.ә. 6–4 әsrlәrdә mövcud olmuş dövlәt. Banisi İranın indiki Fars әyalәtinin әrazisindә yaşamış fars tayfalarının hökmdarı II Kir idi. II Kir Mada (Midiya) hökmdarı Astiaqın vassalı olmuş, lakin e.ә. 553 ildә ona qarşı üsyan etmiş vә e.ә. 550 ildә bu ölkәni tutmuşdur. Növbәti ildә farslar Elamın qәdim paytaxtı Suzu fәth etmiş, 3 ildәn sonra isә Kiçik Asiyanın vil.lәrini, o cümlәdәn Lidiya çarlığını әlә keçirmişdilәr. E.ә. 545–539 illәrdә farslar Şәrqi İran vә Orta Asiya ölkәlәrini zәbt etmişdilәr. E.ә. 539 ildә Babilistan, onun ardınca Suriya, Fәlәstin vә Finikiya işğal olunmuşdu. Kirin oğlu II Kambizin dövründә Misir, Liviya vә Nubiyanın bir hissәsi әlә keçirilmişdi. E.ә. 519–512 illәrdә I Daranın hakimiyyәti zamanı Egey dәnizi adaları, Frakiya, Makedoniya vә Hindistanın şm.-q. hissәsi işğal edilmişdi. Belәliklә, e.ә. 6 әsrin sonunda Ə.d.-nin sәrhәdlәri ş.-dә Orta Asiya vә Hind çayından q.-dә Egey vә Aralıq dәnizinә qәdәr, şm.-da Anadolu yaylasından c.-da Nubiyaya qәdәr uzanırdı. Tabe edilmiş ölkәlәrin әhalisi fars hakimiyyәtinә qarşı dәfәlәrlә üsyan qaldırmışdılar. 522 ildә baş vermiş әn böyük üsyan Orta Asiyadan Misirә qәdәr Ə.d.-nin bütün vil.-lәrini bürümüş vә bir ildәn artıq davam etmişdir. E.ә. 5 әsrin әvvәllәrindә farslar yunanlarla müharibәdә bir sıra ağır mәğlubiyyәtә uğradılar. Yarım әsr davam edәn Yunan– İran müharibәlәri (e.ә. 500–449) Ə.d.-nin zәiflәmәsinә sәbәb oldu. Buna baxmayaraq, daha bir çox onilliklәr mövcud olmuş dövlәt bir neçә il müharibәdәn sonra Makedoniyalı İsgәndәrin ordusu tәrәfindәn süquta uğradıldı (e.ә. 330).
Ящямяниляр империйасы. Е.я. 6–4 ясрляр.
Qәdim farslar vә tabeliyindә olan xalqlar Yaxın vә Orta Şәrqin sonrakı qәdim vә orta әsr dövlәtlәrindә bir çox yüzilliklәr әrzindә istifadә olunan inzibati vә ictimai in-tlar yaratmışdılar. Ə.d.-nә müxtәlif ictimai quruluşda yaşayan xalqlar, iqtisadi cәhәtdәn inkişaf etmiş ölkәlәrlә (Misir, Finikiya, Babilistan, Elam vә Kiçik Asiya) yanaşı, geridә qalmış Balkan vil.-lәri, bәdәvi әrәblәr, skiflәr vә qәbilә cәmiyyәtinin dağılması mәrhәlәsindә olan digәr tayfalar daxil idi. İmperiyada müxtәlif hüquq sistemlәri vә ictimai in-tlar fәaliyyәt göstәrirdi. Lakin fars idarәçiliyi müxtәlif ictimai in-tlar vә iqtisadi ukladlar konqlomeratının idarә edilmәsi üçün sabit aparat yarada bilmişdi. Tәqr. e.ә. 519 ildә I Dara Ə.d.-ni 20 inzibati dairәyә (satraplığa) bölmüşdü. Bir sıra hallarda onların sәrhәdlәri imperiyanın tәrkibindә olan dövlәtlәrin (mәs., Misir) әvvәlki sәrhәdlәri ilә üst-üstә düşürdü. Satraplıqların başçısı vil. idarәsinә rәhbәrlik, mәhkәmә hakimiyyәtinә, vergilәrin yığılmasına vә asayişin tәmin olunmasına nәzarәt edәn canişinlәr idi (“satrap” sözünün hәrfi mәnası “şahlığın qoruyucusu” demәkdir). Satraplıqlar becәrilәn torpaqların sahәsindәn vә münbitliyindәn asılı olaraq, qәti şәkildә müәyyәnlәşdirilmiş pul vә natural vergilәri ödәmәli idi. İran hakimiyyәti Kiçik Asiyanın Finikiya vә yunan şәhәrlәrinә muxtariyyәt vermiş, bәzi ölkәlәrdә (Kiprdә, Finikiyada, Kilikiyada vә s.) isә yerli sülalәlәrin, hәmçinin әrәblәrin, kolxların, sakların vә bir sıra digәr tayfa başçılarının daxili hakimiyyәtini saxlamışdı. Persepolla yanaşı, Əhәmәnilәr Babili, Aqbatananı vә Suzu (imperiyanın inzibati paytaxtı, burada dövlәt idarәçiliyinin mәrkәzi aparatı yerlәşirdi) da paytaxt seçmişdilәr. Bütün imperiyada dövlәtin dәftәrxana işlәri arami dilindә aparılırdı. Bundan başqa, rәsmi sәnәdlәr yerli dillәrdә dә tәrtib edilirdi. Mәs., Misirdә idarә işlәri arami vә son Misir dilindә aparılırdı, Persepolda isә hәmçinin Elam dilindәn istifadә olunurdu.
Bütün imperiya üçün qızıl darikә әsaslanan vahid pul sisteminin tәtbiqi dә I Daranın islahatlarına aid idi. Adi mübadilә vasitәsi kimi 1/20 darikә bәrabәr olan gümüş şekeldәn (çәkisi 5,6 q) istifadә olunurdu.
Süvari vә piyada qoşunu әsasәn farslar vә madalılardan komplektlәşdirilirdi. Lakin iri hәrbi yürüşlәr zamanı Əhәmәnilәrә tabe olan bütün xalqlar müәyyәn sayda döyüşçü göndәrmәli idilәr. Dәniz müharibәlәri finikiyalıların vә Egey dәnizi adaları sakinlәrinin kömәyilә aparılırdı. Fәth edilmiş ölkәlәrdә üsyanları yatırtmaq üçün qoşun yerlәşdirilmişdi.
Əhәmәnilәr dövründә bir çox ziqiymәt incәsәnәt әsәri vә möhtәşәm memarlıq nümunәlәri yaradılmışdır. Digәr xalqların mәdәniyyәt әnәnәlәrinin әhәmiyyәtli dәrәcәdә tәsirinә baxmayaraq, qәdim fars incәsәnәtinә daxili vәhdәt vә orijinallıq, hәmçinin ayrı-ayrı әşyaların tәsvirindә virtuozluq xasdır. Adәtәn bunlar metal camlar vә vazalar, daşdan yonulmuş qәdәhlәr, fil sümüyündәn ritonlar, zәrgәrlik mәmulatları, lazuritdәn heykәltәraşlıq әsәrlәrindәn ibarәt idi. Şahları, qәhrәmanları, döyüşçülәri, hәmçinin әfsanәvi varlıqları tәsvir edәn, әqiq, xalsedon vә yәşәmdәn oyulmuş silindrik möhürlәr xüsusi maraq doğurur. İran memarlığının әn möhtәşәm abidәlәri Pasarqad vә Persepolda olan saraylardır. Pasarqaddakı saraylar hündür terras üzәrindә parkların vә bağların arasında inşa edilmiş vә açıq rәngli qumdaşı ilә üzlәnmişdir. Möhkәm müdafiәli Persepol qalasına 110 pillәli enli pillәkәn aparırdı. Möhtәşәm sarayın portiklәri olan böyük zalı (sah. 3600 m2) var idi. Onun tavanını 72 incә daş sütun (hünd. 20 m-dәn çox) saxlayırdı. Zal böyük dövlәt tәdbirlәri üçün istifadә edilirdi. Zala saray adamlarını, şahın şәxsi qvardiyasını, süvari dәstәni vә döyüş arabalarını tәsvir edәn relyeflәrlә bәzәdilmiş iki pillәkәn aparırdı. Pillәkәnin bir tәrәfindә imperiyanın tәrkibindә olan 33 xalqın nümayәndәlәrinin şaha hәdiyyә vә vergilәr gәtirmәsi mәrasimi hәkk olunmuşdur.
Azәrb. iki әsrdәn çox Ə.d.-nin tәrkibindә olmuşdur. Onun әrazisi X, XI, XIV vә XVIII satraplıqlara daxil edilmişdi. Bu satraplıqlarda yaşamış tayfalar Əhәmәnilәrә bac verirdilәr. O zaman Azәrb. әrazisindә albanlar, asaqartilәr, kadusilәr, kaspilәr, utilәr, müklәr, mantiyenlәr, mardlar (amardlar), madalılar, skiflәr (ortokoribantilәr, saklar, sakesinlәr) vә b. tayfalar mәskunlaşmışdılar. Bu tayfaların hamısı illik bacdan başqa müharibә zamanı Əhәmәni ordusuna silahlı dәstәlәr dә göndәrirdilәr. Madalılar, asaqartilәr, kaspilәr, mardlar, mantiyenlәr, müklәr, skiflәr vә utilәr e.ә. 480 ildә Əhәmәni sahı I Kserksin Yunanıstana yürüşündә iştirak etmişlәr. Qavqamela vuruşmasında (e.ә. 331) Atropatın başçılığı ilә madalılar, kadusilәr, albanlar vә sakesinlәr döyüşmüşlәr. Azәrb. әrazisindә Əhәmәnilәrin ağalığına qarşı dәfәlәrlә üsyanlar baş vermişdi. Bunlardan maq Qaumatanın çevrilişini (e.ә. 522), Fravartişin vә Çissantaxmanın üsyanlarını (e.ә. 521) qeyd etmәk olar (әtraflı mәlumat üçün bax “Azәrbaycan” cildinә).