ELEKTRİK SXEMİ – 1) p r i n s i p i a l E.s. – elektrik dövrәsinin hansı elementlәrdәn (rezistor, kondensator, aparatlar vә s.) tәşkil olunduğunu vә bu elementlәrin öz aralarında birlәşmә qaydasını şәrti işa- rәlәrlә göstәrәn sxem; 2) m o n t a j E.s. – konstruksiya elementlәrinin birlәşmә qaydası ilә yanaşı, onların qarşılıqlı yerlәşmәsini, elәcә dә hәmin konstruksiyada birlәşdirici mәftillәrin yerini göstәrәn çertyoj.