ELEKTRİK SİQNALLARI GÜCLӘNDİRİCİSİ – giriş siqnalının gücünü, gәrginliyini, cәrәyan şiddәtini artıran qurğu; siqnal elektrik mәnbәyinin enerjisi hesabına aktiv elementlәr (yarımkeçirici cihaz, radio lampası vә s.) vasitәsilә güclәndirilir. E.s.g. güclәndirmә әmsalı, buraxılış zolağının eni, siqnalın formasının tәhrif dәrәcәsi, giriş siqnalı sәviyyәsinin yolverilәn dәyişikliklәr dәrәcәsi, daxili küylәr ilә xarakterizә olunur. İşçi tezliyin diapazonundan asılı olaraq sabit cәrәyan, sәs tezlikli, aralıq tezlikli, radio tezlikli vә s., sxem quruluşuna görә birkaskadlı (bir aktiv elementli) vә çoxkaskadlı, simmetrik vә qeyri- simmetrik çıxışlı, yaxud girişli E.s.g.-nә ayrılır. E.s.g. rabitә qurğularında, radio verilişlәrindә, ölçmә texnikasında, avtomatikada, mәişәt aparatlarında vә s. tәtbiq edilir.