Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRİK SİSTEMİ

    ELEKTRİK SİSTEMİ – energetika sisteminin elektrik hissәsi; elektrik stansiyaları vә çevirici yardımçı stansiyaların elektrik hissәlәrindәn, elektrik şәbәkәsindәn, elektrikötürmә xәtlәrindәn vә s. elektrik avadanlıqlarından ibarәtdir. Sistemdә çox miqdarda tәnzimlәnәn elementlәr sinxron generatorlar, mühәrriklәr, kompensatorlar, turbinlәr, transformatorlar vә s.) işlәdilir. E.s.-nin işi rejimlә (sistemin iş prosesindә dәyişә bilәn kәmiyyәtlәrin, yәni gücün, gәrginliyin, cәrәyanın, tezliyin vә s. qiymәtini istәnilәn anda tәyin edәn proseslәrlә) xarakterizә edilir. E.s.-nin iş keyfiyyәti ilk növbәdә elektrik tәchizatının etibarlı olmasından vә elektrik enerjisinin keyfiyyәt göstәricilәrindәn asılıdır. Sistemin etibarlılığı, әsasәn, onun dayanıqlığı vә qәza hallarının qarşısının alınması ilә tәyin olunur. Qәzalar zamanı E.s.-nin etibarlı işi qәzaya qarşı avtomatika ilә tәmin edilir. Qәzaya qarşı avtomatikaya avtomatik tәnzimlәmә, rele mühafizәsi, ehtiyatın avtomatik qoşulması, sistemin elementlәrinin avtomatik tәkrarqoşulması vә s. tәdbirlәr daxildir. Bütün mürәkkәb әmәliyyatlarınoptimal icrası üçün E.s.-dә avtomatlaşdırılmış idarәetmә geniş tәtbiq olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV