ƏHƏN – Azәrb. Resp. İsmayıllı r-nunda kәnd. Əhәn ә.d.-nin (Əhәn, Duvaryan, Ximran, Qoydan k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 24 km şm.-ş.-dә, Niyaldağ silsilәsinin (Böyük Qafqaz) әtәyindә, Lahıc çökәkliyindәdir. Əh. 595 (2015); heyvandarlıq vә әkinçiliklә mәşğuldur. Ümumi orta mәktәb, kitabxana var.