ELEKTRİK SOBASI – elektrik hadisәlәrinin istilik effektindәn istifadә edәn әridici, yaxud qızdırıcı soba. Elektrik enerjisini istilik enerjisinә çevirmә üsuluna görә E.s. qövs sobası (o cümlәdәn filiz-termik soba vә plazma-qövs sobası), induksiya sobası, elektrik müqavimәt sobası (o cümlәdәn elektrik-posa әritmә sobası) vә elektron-şüa sobasına ayrılır. Filiz-termik sobada (filiz reduksiyası sobası) әsasәn filiz materiallardan ferroәrintilәr alınır. Plazma-qövs sobasında qızdırma vә әritmә proseslәri plazma qövsü vasitәsilә aparılır. Elektrik müqavimәt sobasında aktiv elektrik müqavimәtindәn elektrik cәrәyanı keçәrkәn ayrılan istilikdәn istifadә edilir.