Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHƏNG

    ƏHƏNG – әhәngdaşı, tabaşir vә s. karbonatlı süxurların yandırılması vә sonrakı emalı nәticәsindә alınan material. Tәrkibi, әsasәn, kalsium-oksiddәn (CaO), elәcә dә maqnezium, dәmir, silisium vә s. oksidlәrinin az miqdarda qarışığından ibarәtdir. Sönmәmiş Ə. xırda parçalar şәklindә vә ya narınlaşdırılmış (ovuntu kimi) olur. Saf Ə. ağ rәngdәdir, suda az hәll olur, temp-r yüksәldikcә, hәllolma qabiliyyәti azalır. Sıxlığı 3400 kq/m3-dir. Su ilә birlәşdikdә  sönmüş Ə. – Ca(OH)2 әmәlә gәlir. Ə.-in suda mәhluluna әhәng suyu deyilir. O, qәlәvi xassәlidir. Ə. әn qәdim yapışdırıcı materiallardan biri olub, eramızdan 3 min il әvvәl tikintidә istifadә edilmişdir.

    Ə.-in istehsalı xammalın çıxarılması, onun yandırılması vә üyüdülmәsi әmәliyyatlarından ibarәtdir. Yandırılma fırlanan vә şaxtalı sobalarda 1000–1200°C-dә dioksid karbonu tam itәnәdәk aparılır; yanma zamanı 1 kq karbonat kalsium üçün 1780 kC istilik udulur. Tәrkibindәki maqneziumoksidin miqdarından asılı olaraq Ə. az maqnezium-oksidli (tәrkibindә 5%-dәn az MgO var), maqnezium-oksidli (5–20% MgO) vә dolomitli (20–40% MgO) adlanır. Ə. söndürülmә zamanı yaranan temp-rdan asılı olaraq aşağı ekzotermik (temp-r 70°Cdәn az olur) vә yüksәk ekzotermik (temp-r 70°С-dәn yuxarı) Ə.-ә, sönmә tezliyinә görә tez (8 dәq.-dәk), orta (8–25 dәq.) vә yavaş (25 dәq.-dәn çox) sönәn Ə.-ә ayrılır. 

    Adi (vә ya hava Ə.-i) vә hidravlik Ə. növlәri var. A d i Ə. (havada bәrkiyir vә davamlılığını saxlayır) tәrkibindә әn çoxu 6%-ә qәdәr gil olan әhәngdaşıdan alınır. Ondan tikintidә istifadә edilәn yapışdırıcı mәhlullar, aşağımarkalı betonlar, sıx vә özәkli silikat (avtoklav) mәmulatları, qarışıq yapışdırıcı materiallar (әhәng-posa, pussolan sementlәri) vә s. istehsalında istifadә olunur. Hidravlik Ə. tәrkibindә 6–25% gil olan әhәngdaşını 900– 1100°C-dә yandırdıqda әmәlә gәlir vә adi Ə.-ә nisbәtәn çox möhkәm, lakin az plastik olması ilә fәrqlәnir. Havada quruduqdan sonra o, suda uzun müddәt möhkәmliyini itirmir. Tikintidә hәm adi Ə. kimi, hәm dә suyun tәsirinә mәruz qalan obyektlәrin tikilmәsindә, aşağımarkalı yüngül vә ağır betonların, Ə. mәhlulunun, qarışıq sementlәrin hazırlanmasında işlәdilir. Hidravlik Ə. hidravlik (әsasi) modulla (ƏM) xarakterizә edilir. ƏM kalsium-oksidin miqdarının (%-lә) Si, Al vә Fe oksidlәrinin ümumi miqdarı (%-lә) nisbәtinә bәrabәrdir. ƏM-in әdәdi qiymәti 1,7–9 sәrhәdindә dәyişir. Ə.-dәn kimya sәnayesi (xlorlu Ə., soda vә s. hazırlanmasında), metallurgiya, şәkәr sәnayesi, k.t., kağız sәnayesi vә s. sahәlәrdә istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç