ƏHƏNG TUFU, travertin – irimәsamәli yüngül әhәngdaşı. İsti, yaxud soyuq bulaqlarda kalsium-karbonatın çökmәsi yolu ilә әmәlә gәlir. Adәtәn özündә fauna vә flora qalıqlarının izlәrini daşıyır. Rәngi ağ, açıqsarı, qonuru-bozdur. Xırdadәnәli strukturu var. Sıxlığı 1550–2600 kq/m3-dir. Mәsamәlik 40%-әdәk çatır. Üzlük vә dekorativ daş kimi, sement vә әhәng hazırlanmasında flüs kimi istifadә olunur. Yataqları Rusiya, Ukrayna, Azәrbaycan (Nax. MR, Kәlbәcәr), Tacikistan, İtaliya, Ermәnistan vә s. yerlәrdәdir. Romada Kolizey vә müq. Pyotr kilsәsi Sabini d-rından (Romadan şm.-ş.-dә) çıxarılan açıqsarı rәngli Ə.t. ilә tikilmişdir.