ƏHƏNGÇİ, Ağakiçik – İrәvan xanlığının Talin mahalında (9.9.1930 ildәn Talin r-nu), Masdәrә çayının kәnarında azәrb.-ların yaşadığı kәnd. 19 әsrin ortalarında kәndә az sayda İran vә Türkiyәdәn gәlmә ermәnilәr dә yerlәşdirilmişdir. 1918 ildә kәnd ermәni tәcavüzünә mәruz qalmış, әhalisi qovulmuş, burada Türkiyәnin Sasun vә Taron vil.-lәrindәn köçürülmüş ermәnilәr mәskunlaşmışdır. 25.1.1978 ildә kәnd Zovasar adlandırılmışdır.