ELEKTRİK STULU– ölüm cәzası hökmünü icra etmәk üçün xüsusi düzәldilmiş kürsü; yüksәkgәrginlikli elektrik cәrәyanından istifadә edilir. ABŞ-ın bәzi ştatlarında, hәmçinin Filippindә tәtbiq olunmuşdur. ABŞ-da 1889 ildә qanunilәşdirilmiş, ilk dәfә 1890 il avqustun 6-da Nyu-York ştatının Oborn hәbsxanasında E.s. vasitәsi ilә cәza verilmişdir.