ELEKTRİK SÜZGӘCİ – 1) elektriksiqnallarını tezliklәrә ayıran quruluş. Әsasәn, kondensator vә induktivlik sarğacından, yaxud kondensator vә rezistordan ibarәtdir. E.s.-nә daxil olan müxtәlif tezlikli siqnallar axınından çıxışda buraxılış zolağının müәyyәn etdiyi tezlikli siqnallar qalır. Digәr tezlikli siqnallar E.s.-ndәn keçәrkәn zәiflәdilir (söndürülür). E.s. düzlәndiricilәrdә, uzaq telefon vә teleqraf rabitәsinin çoxkanallı xәtlәrindә vә s. tәtbiq edilir. Aşağıtezlikli E.s.-ndәn dәyişәn cәrәyan düzlәndiricilәrindә gәrginlik döyünmәsini zәiflәtmәk, zolaqlı E.s.-ndәn isә televiziya, radiolokasiya vә s. qәbuledicilәrdә enli spektrli rәqslәri buraxmaq üçün istifadә olunur. 2) Sәnaye qazlarını bәrk vә maye hissәciklәrdәn tәmizlәyәn vә havanı ventilyasiya edәn aparat; qazlarda asılı halda olan bәrk vә ya maye hissәciklәr ionlaşdırılıb, elektrodlar üzәrinә çökdürülmәklә tәmizlәnir.