ƏHƏNGDAŞI – әsasәn kalsitdәn vә ya araqonitdәn ibarәt çökmә süxur. Tәmiz Ə. (95–100% CaCO3), gilli Ə. (mergel), qumlu Ə., silisiumlu Ə., dolomitli Ə. vә s. növlәri geniş yayılmışdır. Tәmiz Ə. ağ vә ya açıq-boz rәnglidir. Müxtәlif qatışıqlar Ə.-nı açıq-sarı, sarı, qonur, qırmızı, tündboz, qara rәnglәrә boyayır. Üzvi (üzvi qalıqların toplanmasından: mәs., qabıq Ə., rif Ə.), hemogen (mәhlullardan kalsitin çökmәsindәn) vә qırıntı (daha qәdim Ə.ların parçalanma mәhsulları olan qırıntıların toplanmasından) mәnşәli olur. Ə.-nın quruluşundan onun fiziki xüsusiyyәtlәri, xüsusәn dә mәsamәlilik vә sıxlıq asılıdır. Mәsamәlilik 40%-i keçә bilәr (yazı tabaşiri, travertin). Sıxlıq 1550 kq/m3-dәn (yüksәkmәsamәli travertinlәr) 2800 kq/m3-ә qәdәrdir (mikrokristallik Ə.-lar). Metamorfizlәşәrkәn mәrmәrә çevrilir. Ə.-ların әksәriyyәti dayaz dәniz hövzәlәrindә, nadir hallarda isә qurudakı su hövzәlәrindә üzvi qalıqların toplanmasından әmәlә gәlir. Bir neçә yüz metr, bәzәn 1000 m qalınlıqda laylar әmәlә gәtirir. Yüksәkmәsamәliliyi sayәsindә Ə. neft, yanar qaz, qrunt suları üçün kollektor rolunu oynayır. Ə.-dan qara metallurgiyada (flüs kimi), tikintidә (divar materialı kimi, portland-sement hazırlanmasında), kimya (soda, mineral gübrәlәr istehsalında vә s.), yeyinti (şәkәrbişirmәdә çuğundur şirәsinin tәmizlәnmәsindә), şüşә, poliqrafiya sәnayesindә, yol işlәrindә vә s. istifadә edilir. Azәrb.-da yataqları (әsasәn, Abşeronda, Ağdam, Tovuz vә s. r-nlarda) var.
Əd.: Карбонатные породы. М., 1970–1971. Т. 1–2; Кузнецов В.Г. Природные резервуары нефти и газа карбонатных отложений. М., 1992.