ELEKTRİK ŞӘBӘKӘSİ – elektrik stansiyalarını (elektrik enerjisi mәnbәlәrini) işlәdicilәrlә birlәşdirәn elektrikötürmә xәtlәrindәn, yardımçı stansiyalardan vә s. qurğulardan ibarәt kompleks. E.ş. bir sıra әlamәtlәrә görә tәsnif olunur. Әhatә etdiyi әraziyә görә yerli E.ş. vә energetika sistemi E.ş, işlәdicilәrin xarakterinә görә şәhәr, sәnaye, kәnd, dartı vә s. E.ş., EÖX-in konstruksiyasına görә hava vә kabel E.ş., elektrik birlәşmәsi sxeminә görә açıq (radial, magistral E.ş. vә s.) vә qapalı şәbәkәlәr, tәyinatına görә paylayıcı vә qidalandırıcı şәbәkәlәr, cәrәyan vә gәrginliyin növünә görә sabit vә ya dәyişәn cәrәyanlı, alçaq vә yuksәk gәrginlikli elektrik şәbәkәlәri var. EÖX-lәr ilә әlaqәli olmayan avtonom elektrik şәbәkәlәri dә mövcuddur (mәs., tәyyarә, gәmi, avtomobil vә s.-nin E.ş.).