Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRİK TORMOZLANMASI

    ELEKTRİK TORMOZLANMASI – maşınların, nәql. vasitәlәrinin, cihazların fırlanan detallarının irәlilәmә, yaxud fırlanma hәrәkәtinin sürәtinin azaldılması vә ya hәrәkәtin tamamilә dayandırılması; onların kinetik (vә ya potensial) enerjisini elektrik enerjisinә çevirmәklә, yaxud icraedici elektrik mühәrrikinin qidalandırıcı dolağını çevirib dartı qüvvәsini әks tәrәfә dәyişmәklә yerinә yetirilir. E.t. prosesindә elektrik mühәrrikinin fırlanma istiqamәti işçi rejimdә olduğu kimi saxlanılır, lakin onun rotoruna tәsir göstәrәn fırladıcı elektrik momenti әks-istiqamәtli olur. E.t. reostat, rekuperativ, әks-qoşulmalı vә qarışıq (rekuperativ-reostat) növlәrinә ayrılır. R e o s t a t E.t. zamanı generator rejimindә işlәyәn dartı elektrik mühәrrikinin hasil etdiyi elektrik enerjisi işәsalma-tormoz rezistorlarında (reostatlarda) söndürülür, r e k u p e r  a t  i v  E.t.-nda isә nәql. vasitә- sinin vә ya elektrik intiqalının mexaniki enerjisi elektrik enerjisinә çevrilәrәk qidalandırıcı şәbәkәyә qaytarılır. Ә k  s - q o ş u l m a l ı (әks-cәrәyanlı) E.t.-nda icraedici elektrik mühәrrikinin dolağının qidalandırılması elә çevrilir ki, bu zaman dartı qüvvәsinin istiqamәti әksinә dәyişsin. E.t. elektriklәşdirilmiş nәql.-da, hәmçinin dartı elektrik mühәrriklәrindәn istifadә olunan qaldırıcı-nәql. vә qaldırıcı qurğularda tәtbiq edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV