ELEKTRİK TRANSFORMATORU – tezliyi dәyişmәdәn bir gәrginlikli dәyişәn cәrәyanı digәr gәrginlikli dәyişәn cәrәyana çevirәn elektrik maşını. E.t.-nun iş prinsipi elektromaqnit induksiyası hadisәsinә әsas- lanır. Sadә E.t. tәbәqә transformator poladından yığılmış maqnitkeçiricidәn vә ümumi maqnit axını ilә әhatә edilmiş bir (bax Avtotransformator), yaxud bir neçә izolyasiyalı dolaqdan ibarәtdir. Çevrilәn cәrәyan birinci dolağa verilir, bu zaman nüvәdә (içlikdә) meydana çıxan dәyişәn maqnit axını ikinci dolaqda qarşılıqlı induksiya e.h.q. yaradır. Dolaqların gәrginliklәr nisbәti, onlardakı sarğılar sayının nisbәtinә bәrabәrdir. Çevrilәn elektrik cәrәyanının növünә uyğun olaraq birfazalı vә üçfazalı E.t. var. E.t.-nun әsas tiplәri elektrik enerjisinin ötürülmәsi vә paylanması üçün tәtbiq edilәn güc transformatoru, xüsusi tәyinatlı güc transformatoru (elektrik qaynağı, düzlәndirici qurğular vә s. üçün), ölçü transformatorları, yüksәkgәrginlikli sınaq transformatorları vә impuls transformatorlarıdır. E.t.-nun gücü V·A-in hissәlәrindәn yüzlәrlә MV·A-ә qәdәrdir.
Sadә elektrik transformatorunun sxemi: U1 – birinci dolaqdakı gәrginlik; U1 – ikinci dolaqdakı gәrginlik; I1 – birinci dolaqdakı cәrәyan; I2 – ikinci dolaqdakı cәrәyan; R – yük; F0 – әsas maqnit axını; F1 vә F2 – sәpәlәnmә axınları; 1 vә 2 – birinci vә ikinci dolaqlar; 3 – nüvә (içlik, maqnitkeçirici).